Vakansiya haqqında
Təsvir
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər
üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin
edilməsi;
Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması,
banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin
hazırlanması;
Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə
müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə
layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması
baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
Bank tərəfindən
bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinə) viza qoyulması üçün təqdim edilən
müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
Bankda müştərilərə hesabların
açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
İcraatda olan və
icraatı tamamlanmış məhkəmə işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinin icraatına) daxil olan və çıxan sənədlərin,
işlərin uçotunu aparmaq.
Tələblər
Hüquq sahəsində ali təhsilin olması;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar
üçün);
Bank və ya digər kredit təşkilatlarının fəaliyyətinin hüquqi
təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını
bilməsi;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək,
inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
Mülki-hüquqi
əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını
bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu
qaydalarını bilməsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və
ingilis dillərini bilənlərə üstünlük veriləcək);
Yüksək qavrama və
öyrənmə qabiliyyəti;
Kompüter bilikləri;
Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan
şəxslərə üstünlük verilir.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
