Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

Motion və Qrafik Dizayner

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Şirkətin korporativ kimliyinə və brend standartlarına uyğun qrafik və video məzmunların hazırlanması; Sosial media platformaları üçün kreativ vizualların, animasiyaların və video materialların hazırlanması; Hərəkətli qrafika (Motion Graphics) və 2D animasiyaların yaradılması; Korporativ təqdimatların, reklam materiallarının və digər kommunikasiya vasitələrinin dizayn edilməsi; Video materialların montajı, vizual effektlərin və animasiyaların tətbiqi; Marketinq və PR kampaniyaları üçün kreativ ideyaların hazırlanmasında iştirak; Vizual məzmunun müxtəlif kommunikasiya kanallarına uyğunlaşdırılması; Dizayn sahəsindəki yeniliklərin və müasir texnologiyaların iş prosesində tətbiqi. Namizədə tələblər Motion Design və qrafik dizayn sahəsində müvafiq iş təcrübəsi; Adobe Photoshop, Illustrator və After Effects proqramlarında peşəkar işləmək bacarığı; Adobe Premiere Pro və ya digər video montaj proqramları üzrə biliklər; Kompozisiya, tipoqrafika, rəng nəzəriyyəsi və vizual estetika prinsiplərini bilmək; Yaradıcı düşüncə, güclü vizual zövq və detallara diqqət; Tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmək bacarığı; Komandada işləmək və yaradıcı ideyalarını təqdim etmək bacarığı. Üstünlük hesab olunur Brend kimliyinin yaradılması və inkişafı üzrə təcrübə; 3D dizayn və animasiya proqramları üzrə biliklər; Süni intellekt əsaslı vizual və video generasiya alətləri ilə işləmək təcrübəsi; Korporativ videoçarxların hazırlanması və montajı üzrə təcrübə. Biz nə təklif edirik? Rəqabətqabiliyyətli əməkhaqqı və nəticələrə əsaslanan bonuslar; Peşəkar inkişaf imkanları; Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti; Könüllü tibbi sığorta; Nahar təminatı; Crescent Office-də müasir iş şəraiti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Bütün müraciətlər obyektiv və ədalətli şəkildə qiymətləndiriləcək. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin müraciətləri isə gələcək vakansiyalar üzrə nəzərdən keçirilmək üçün şirkətin istedad bazasına daxil ediləcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.