Vakansiya haqqında
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil və ya peşə
İş təcrübəsi - min 3 il
Vəzifə öhdəlikləri
Texniki çertyojları və texniki tapşırıqları oxumaq, düzgün təhlil etmək və yerinə
yetirmək;
CNC frez və torna dəzgahlarında detalların emalını
proqramlaşdırılmış parametrlərə uyğun şəkildə icra etmək;
Zərurət
yarandıqda CNC proqram kodlarını (G-Code və M-Code) düzəliş etmək, optimallaşdırmaq və yenidən tətbiq
etmək;
İş parçasını dəzgaha düzgün şəkildə bərkitmək, mərkəzləndirmək və
ölçü alətləri ilə ilkin yoxlamasını aparmaq;
Emal üçün tələb olunan
kəsici alətləri düzgün seçmək, sazlamaq və ehtiyac olduqda dəyişdirmək;
Hazır məhsulların ölçü dəqiqliyini mikrometr, ştangensirkul və digər dəqiqlik alətləri ilə
yoxlamaq və sənədləşdirmək;
İstehsalat zamanı texniki təhlükəsizlik
və əməyin mühafizəsi qaydalarına riayət etmək;
CNC dəzgahlarının planlı
və profilaktik baxım işlərində iştirak etmək və texniki nasazlıqları vaxtında bildirmək;
İş sahəsini, dəzgahı və ətraf mühiti daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə
saxlamaq;
Ona həvalə olunmuş işləri müəyyən edilmiş müddət ərzində,
texniki normativlərə və keyfiyyət standartlarına uyğun şəkildə yerinə yetirmək;
CNC dəzgahlarında görülən işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının
pozulmaması üçün məsuliyyət daşımaq;
Avadanlıq və alətlərin yalnız
təyinatına uyğun, düzgün şəkildə istifadə edilməsini təmin etmək;
Texniki
tapşırıqlardan və çertyoj tələblərindən kənara çıxmadan işlərin icrasını təmin etmək;
Ona təhkim edilmiş avadanlıq, alət və materialların qorunmasına, itki və zədələnmədən
saxlanmasına nəzarət etmək.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 800 - 1000 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə
bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev
küçəsi
Əlaqə nömrəsi: 050-231-12-05 HR
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
