Vakansiya haqqında
Supertoys komandamıza yaradıcı düşüncəyə sahib, vizual zövqü və güclü dizayn
bacarıqları olan Qrafik və Motion Dizayner axtarırıq!
Namizədimiz həm statik qrafik dizaynların, həm də dinamik video və animasiya
kontentlərinin hazırlanmasına cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
Sosial media platformaları üçün kreativ qrafik dizaynların
hazırlanması;
Reklam kampaniyaları, endirim və promo aksiyaları üçün
vizual konseptlərin yaradılması;
Motion qrafika, animasiya və dinamik
reklam videolarının hazırlanması;
Reels, Stories və digər rəqəmsal
formatlar üçün vizual kontentlərin dizayn edilməsi;
Banner, poster,
flyer, POSM və digər çap materiallarının hazırlanması;
Brendin vizual
kimliyinə və korporativ stilinə uyğun dizaynların hazırlanması;
Kreativ
ideyaların vizual həllərə çevrilməsi;
Marketinq və kontent komandası ilə
koordinasiyalı işləmək.
Namizədə tələblər
Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe Photoshop və Illustrator proqramlarını yüksək səviyyədə bilmək;
Adobe After Effects proqramında sərbəst işləmək;
Premiere Pro və digər video montaj proqramları üzrə biliklər üstünlükdür;
Motion design, animasiya və video qrafika sahəsində praktiki təcrübə;
Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika bilikləri;
Kreativ düşüncə, detallara diqqət və vaxtın düzgün idarə edilməsi;
Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı
üstünlükdür;
Portfolio təqdim etmək mütləqdir.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş yeri:
Bakı;
Əməkhaqqı: Müsahibə əsasında, namizədin təcrübə və bacarıqlarına
uyğun müəyyən edilir;
Yaradıcı və dinamik komandada işləmək
imkanı.
Əgər kreativ ideyalarını güclü vizuallara və dinamik animasiyalara çevirməyi
bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Müraciət üçün CV və portfolio nümunələrini göndərin.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
