Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Hündürmərtəbəli bina layihəsində Mərkəzi Chiller + Qazanxana, VRF, AHU, fan coil,
istilik nasosları, zonalı su təchizatı, drenaj və BMS avtomatlaşdırma sistemlərinin quraşdırılmasına yerində (site
supervision) nəzarət etmək.
İnşaat mərhələsində betonarmə
rezervasiyalarının, boru keçidlərinin və şaxta ölçülərinin mexanika layihəsinə uyğunluğunu təmin
etmək.
Revit MEP və Navisworks vasitəsilə mexanika sistemlərinin
memarlıq, elektrik və inşaat layihələri ilə toqquşmalarını (clash detection) müəyyən etmək və həll
etmək.
NFPA standartlarına (NFPA 13, 14, 88A, 92) uyğun olaraq sprinkler,
stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və yeraltı parkinq CO ventilyasiya sistemlərinin düzgün
quraşdırılmasına nəzarət etmək.
Mexanika bölməsi üzrə tender texniki
şərtnamələrini hazırlamaq, gələn texniki təklifləri (bid evaluation) qiymətləndirmək və podratçı seçiminə texniki
rəy vermək.
Podratçıların material təqdimatlarını (Material Submittal),
iş üsulu bəyanatlarını (Method Statement) və keyfiyyət sertifikatlarını qiymətləndirərək təsdiq və ya rədd
etmək.
Sistemlərin sınaq, tənzimləmə, balanslaşdırma (Testing, Adjusting,
Balancing) və istismara vermə (Commissioning) proseslərində fəal iştirak etmək.
Mexaniki avadanlıqların səs izolyasiyası, vibrasiya yastıqları, elastik muftalar və akustik
silencer tətbiqlərinin normativlərə uyğunluğuna nəzarət etmək.
As-Built
(tikildiyi kimi) çertyojlarını, O&M kitabçalarını və sınaq protokollarını yoxlayıb arxivləşdirmək; MS Project və
Power BI vasitəsilə dövri texniki hesabatlar hazırlamaq
Tələblər:
Təhsil: Ali (Mexanika
mühəndisliyi üzrə (bakalavr / magistr)
Hündürmərtəbəli (100+ metr, 25+ mərtəbə) yaşayış, otel və ya qarışıq istifadəli layihələrdə ən
azı 5 il (tərcihən 7+ il) tam ştat Mexanika Mühəndisi kimi iş təcrübəsi
Tərcihən PE (Professional Engineer) və ya LEED AP sertifikatı.
NFPA, ASHRAE, SMACNA, IPC və ya BREEAM üzrə ixtisaslaşmış təlimlər və sertifikatlar
(üstünlükdür).
Betonarmə rezervasiyası, şantiye quraşdırma nəzarəti (site
supervision) və As-Built sənədlərinin qəbulu üzrə real təcrübə.
Tender
texniki şərtnamələrinin hazırlanması, podratçı təkliflərinin qiymətləndirilməsi (bid evaluation), TAB və
Commissioning süreçlərində birbaşa iştirak təcrübəsi.
Mərkəzi Chiller,
qazanxana, VRF, fan coil, AHU, hava kanalları, rekuperatorlar və istilik nasosları (heat pump) üzrə dərin
biliklər.
Hündürmərtəbəli binalarda zonalı su təchizatı, təzyiq qırıcı
reduktorlar (PRV), vakuumlu kanalizasiya, sifonik drenaj və yağış suyu toplama sistemlərinin işləmə prinsiplərini
bilmək.
NFPA standartları (NFPA 13, 14, 88A, 92), sprinkler, stendpayp,
tüstü çıxarma, pilləkən təzyiqləndirmə və CO ventilyasiya sistemləri biliyi.
Səs/vibrasiya izolyasiyası, BMS/SCADA avtomatlaşdırması, DDC panellər, müxtəlif boru
materialları (mis, PPR, HDPE, çelik) və izolyasiya standartlarını bilmək.
AutoCAD: Mütləq (çertyoj oxuma, elementar çizim).
MS Office (Excel, Word, PowerPoint): Mütləq (hesabat və cədvəllər üçün).
MS Project / Primavera P6: Mütləq (iş cədvəllərini izləmək üçün).
Revit MEP və Navisworks (BIM): Vacib üstünlük (3D modeldə toqquşma analizi
üçün).
Əlavə məlumat:
İş qrafiki: 6 gün,
Nahar şirkət
tərəfindən təmin edilir
Əmək Haqqı: 2000-2500 AZN net
Maraqlanan namizədlər CV formalarını
mövzu yerinə “Mexanika mühəndisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
