Vakansiya haqqında
İş haqqında:
Azroksan şirkəti istehsal proseslərində CNC və universal dəzgahlarda mexaniki emal
əməliyyatlarının həyata keçirilməsinə, istehsal sənədlərinə uyğun keyfiyyətli və təhlükəsiz istehsalın təmin
edilməsinə cavabdeh olacaq Mexaniki istehsal və proses üzrə mühəndis axtarır.
Əsas vəzifələr:
Metal formalaşdırma, qaynaqlama, mexaniki və kompozit materialların emalı üzrə
istehsal texnologiyalarını hazırlamaq və təkmilləşdirmək;
Yeni
məhsulların istehsalı üçün texnoloji prosesləri layihələndirmək, prototiplərin hazırlanması və sınaq mərhələlərində
iştirak etmək;
CAD/CAM proqramları vasitəsilə CNC dəzgahları üçün
proqramlar hazırlamaq;
Texnoloji sənədləri, istehsal marşrutlarını və iş
təlimatlarını hazırlamaq və yeniləmək;
İstehsal proseslərində yaranan
texniki problemləri araşdırmaq və düzəldici tədbirlər hazırlamaq;
İstehsalın səmərəliliyini artırmaq, xərcləri və qüsurları azaltmaq məqsədilə təkmilləşdirmələr
aparmaq;
İstehsal avadanlıqları, alətlər və qurğular üzrə texniki
tələbləri müəyyənləşdirmək;
Tələblər:
Ali təhsil (Mexanika ilə əlaqəli ixtisaslar)
CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə minimum 5 il iş
təcrübəsi.
Texniki çertyojları və istehsalat sənədlərini oxumaq
bacarığı.
Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı
və dəqiqlik.
Komanda ilə effektiv əməkdaşlıq
bacarığı.
Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya
artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməli və mövzu sətrində “Mexaniki istehsal və proses üzrə mühəndis” qeyd
etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
