Vakansiya haqqında
Bizə sadəcə avadanlıq quraşdıran deyil, sistemi anlayan, nasazlığı müəyyən edən
və problemi müstəqil həll edən peşəkar texnik lazımdır!
Zəif axın sistemləri üzrə praktiki təcrübəyə, texniki düşüncəyə və müstəqil işləmək
bacarığına maliksənsə, komandamıza qoşul!
Əsas vəzifə öhdəlikləri
Video müşahidə (CCTV), yanğın siqnalizasiyası, mühafizə siqnalizasiyası, girişə
nəzarət, turniket, domofon, interkom və digər zəif axın sistemlərinin quraşdırılması, sazlanması və texniki
xidmətinin həyata keçirilməsi;
Strukturlaşdırılmış kabel sistemlərinin,
UTP və digər müvafiq kabellərin çəkilməsi, sonlandırılması, test edilməsi və bağlantıların
yoxlanılması;
IP kameraların, NVR/DVR qeydiyyat cihazlarının, şəbəkə
kommutatorlarının, kontrollerlərin, sensorların və digər avadanlıqların quraşdırılması və
konfiqurasiyası;
Avadanlıqlar və sistemlər arasında inteqrasiyanın təmin
edilməsi, zəruri hallarda şəbəkə parametrlərinin sazlanması;
Sistemlərdə
yaranan texniki nasazlıqların səbəblərinin müəyyən edilməsi, diaqnostikasının aparılması və müstəqil şəkildə aradan
qaldırılması;
Texniki sxem və layihələrin oxunması, işlərin layihə və
texniki tələblərə uyğun icrası;
Quraşdırılmış sistemlərin funksional
sınaqlarının aparılması, işə salınması və işlək vəziyyətdə təhvil verilməsi;
Profilaktik texniki baxışların keçirilməsi, nasazlıqların təkrarlanmasının qarşısının alınması
və avadanlıqların düzgün istismarının təmin edilməsi;
Görülən işlər,
istifadə olunan materiallar, aşkarlanan problemlər və görülmüş tədbirlər barədə texniki hesabatların
hazırlanması;
Obyektlərdə texniki işlərin müstəqil planlaşdırılması və
icrası, zəruri hallarda müştəri və layihə komandası ilə koordinasiyanın təmin edilməsi.
Namizədə dair tələblər
Zəif axın sistemlərinin quraşdırılması, konfiqurasiyası və texniki xidməti üzrə
praktiki iş təcrübəsi;
CCTV, yanğın və mühafizə siqnalizasiyası, girişə
nəzarət, domofon və digər zəif axın sistemləri üzrə texniki biliklər;
IP
kameralar, NVR/DVR, şəbəkə avadanlıqları, kontrollerlər və müxtəlif tipli sensorlarla işləmək
bacarığı;
TCP/IP, IP ünvanlama, şəbəkə bağlantıları və əsas şəbəkə
sazlamaları üzrə biliklər;
Kabel sonlandırılması, RJ45 konnektorlarının
quraşdırılması, kabel test cihazları və digər texniki alətlərlə işləmək bacarığı;
Elektrik və zəif axın sxemlərini oxumaq, texniki sənədləri anlamaq
bacarığı;
Nasazlıqları ardıcıl şəkildə diaqnostika etmək, problemin kök
səbəbini müəyyənləşdirmək və uyğun həll yolu seçmək qabiliyyəti;
Tapşırıqları daimi nəzarət olmadan, müstəqil və məsuliyyətlə icra etmək
bacarığı;
Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına riayət
etmək;
Komandada işləmək, texniki məsələləri aydın izah etmək və görülmüş
işlər barədə hesabat vermək bacarığı.
Üstünlük veriləcək namizədlər
Müxtəlif istehsalçıların avadanlıqları ilə iş təcrübəsi
olanlara;
Hikvision, Dahua və digər CCTV sistemləri, həmçinin girişə
nəzarət və yanğın siqnalizasiyası avadanlıqları üzrə təcrübəsi olanlara;
Sistemlərin sazlanması, inteqrasiyası və mürəkkəb nasazlıqların aradan qaldırılması üzrə
təcrübəsi olanlara;
Texniki layihələri oxuyaraq işin icrasını müstəqil
təşkil edə bilənlərə.
Uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə
bilərlər.
Axtardığımız mütəxəssis problemi başqasına ötürən deyil, onun səbəbini tapıb həll
edən texnikdir. Əgər bu təsvir sənə uyğundursa, müraciətini gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
