Vakansiya haqqında
Tibbi ekspert / Baş tibbi ekspert
Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri Tibbi ekspert / Baş tibbi
ekspert vəzifələrinə müraciət edərək peşəkar komandamızın üzvü olmağa dəvət edir.
Tibbi ekspert / Baş tibbi ekspert tibbi sığorta üzrə müraciətlərin, sığorta hadisələrinin
və tibbi sənədlərin ekspertizasını həyata keçirir, tibbi xidmətlərin zəruriliyini və sığorta müqavilələrinin
şərtlərinə uyğunluğunu qiymətləndirir. Rolun əsas məqsədi tibbi ekspertiza qərarlarının obyektiv və əsaslandırılmış
şəkildə qəbul edilməsini, əsassız tibbi xərclərin qarşısının alınmasını və sığorta üzrə zərərliliyin
optimallaşdırılmasını təmin etməkdir. Baş tibbi ekspert əlavə olaraq mürəkkəb tibbi halların qiymətləndirilməsində
və ekspertiza proseslərinin təkmilləşdirilməsində iştirak edir.
Vəzifə və öhdəliklər
Tibbi sığorta üzrə daxil olan müraciətlərin, sığorta hadisələrinin və təqdim edilmiş
tibbi sənədlərin ekspertizasının aparılması;
Tibbi konsultasiyaların,
laborator və instrumental müayinələrin, diaqnostik prosedurların, stasionar müalicələrin və cərrahi əməliyyatların
tibbi əsaslandırılmasının qiymətləndirilməsi;
Tibbi xidmətlərin sığorta
müqaviləsinin şərtlərinə, təminat həcminə və istisnalara uyğunluğunun yoxlanılması;
Həkimlər tərəfindən təyin edilmiş dərman vasitələrinin diaqnoza, tibbi göstərişlərə, dozaya və
müalicə müddətinə uyğunluğunun təhlili;
Təkrar konsultasiya və
müayinələrin, eyni və ya oxşar diaqnozlar üzrə müraciətlərin, müxtəlif tibb müəssisələrinə keçidlərin və təkrarlanan
xidmətlərin tibbi zəruriliyinin qiymətləndirilməsi;
Yüksək məbləğli tibbi
xidmətlərin, diaqnostik müayinələrin, dərman təyinatlarının və mürəkkəb sığorta hadisələrinin tibbi-maliyyə
ekspertizasının aparılması;
Tibb müəssisələri tərəfindən təqdim edilmiş
elektron reyestrlərin, hesab-fakturaların və digər tibbi sənədlərin yoxlanılması, uyğunsuzluqların müəyyən
edilməsi;
Tibbi xidmətlərin qiymətlərinin, müqavilə tariflərinin, tətbiq
olunan endirimlərin və hesablaşma şərtlərinin uyğunluğunun təhlili;
Tibbi
cəhətdən əsassız xidmətlərin, təkrarlanan hesablaşmaların, mümkün sui-istifadə və şübhəli halların aşkarlanması və
araşdırılması;
Tibbi ekspertiza zamanı aşkar edilmiş uyğunsuzluqlar üzrə
əsaslandırılmış düzəliş və ya ödənişdən imtina təkliflərinin hazırlanması;
Tibb müəssisələrinin sığorta şöbələri, müalicə həkimləri, Assistans Mərkəzi, Network və digər
aidiyyəti struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi;
Sığorta olunanların müqaviləli olmayan tibb müəssisələrinə müraciətləri üzrə kompensasiya
tələblərinin tibbi ekspertizasının aparılması;
Mürəkkəb və mübahisəli
tibbi halların araşdırılması, zərurət yarandıqda birbaşa rəhbərə təqdim edilməsi;
Tibbi ekspertiza üzrə qəbul edilmiş qərarların düzgünlüyünün və əsaslandırılmasının
yoxlanılması, təkrarlanan səhvlərin və sistemli uyğunsuzluqların müəyyən edilməsi;
Tibb müəssisələri, həkimlər, diaqnozlar və tibbi xidmət növləri üzrə müraciət tezliyinin, orta
xərclərin və yüksək məbləğli halların təhlili;
Tibbi sığorta üzrə
zərərliliyə təsir edən amillərin müəyyən edilməsi, tibbi xərclərin optimallaşdırılması və əsassız xərclərin
azaldılması istiqamətində təkliflərin hazırlanması;
Tibbi ekspertiza
proseslərinin təkmilləşdirilməsi, vahid qiymətləndirmə meyarlarının tətbiqi və xidmət keyfiyyətinin artırılması
istiqamətində iştirak;
Tibbi ekspertiza üzrə dövri hesabatların
hazırlanması və nəticələrin birbaşa rəhbərə təqdim edilməsi;
Sığorta
olunan şəxslərin hüquqlarının və şirkətin qanuni maraqlarının qorunması, tibbi ekspertiza qərarlarının obyektiv,
şəffaf və əsaslandırılmış şəkildə qəbul edilməsi;
Birbaşa rəhbərin vəzifə
funksiyalarına uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.
Bilik və tələblər
Tibb sahəsində ali təhsil;
Tibb sahəsində
minimum 3 il iş təcrübəsi, Baş tibbi ekspert vəzifəsi üçün isə minimum 5 il iş təcrübəsi
arzuolunandır;
Tibbi sığorta, tibbi ekspertiza və ya klinik audit
sahəsində iş təcrübəsi üstünlükdür;
Klinik diaqnostika, farmakologiya,
laborator və instrumental müayinələr, müalicə prinsipləri üzrə biliklər;
Tibbi sığorta müqavilələrinin təminat və istisna şərtləri haqqında
biliklər;
Tibbi sənədlərin və müalicə təyinatlarının təhlili
bacarığı;
Microsoft Office proqramları, xüsusilə Excel üzrə
biliklər;
Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis
dillərini bilmək üstünlükdür.
Bacarıqlar
Analitik və məntiqi düşünmə;
Tibbi
məlumatların təhlili və əsaslandırılmış qərarvermə;
Detallara diqqət və
dəqiqlik;
Effektiv kommunikasiya və komandada
işləmək;
Qeyri-standart vəziyyətlərə operativ reaksiya
vermək;
Problemlərin həlli və təşəbbüskarlıq;
Sığorta olunan şəxslərə empatik və peşəkar yanaşma;
Stressə davamlılıq və emosional sabitlik;
Dürüstlük, obyektivlik və məsuliyyət;
Vaxtın
səmərəli idarə edilməsi;
Məxfilik və peşə etikası prinsiplərinə riayət
etmək.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin
uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma
imkanı.
Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam
etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza
investisiya qoyulan iş mühiti.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Medical Expert / Senior Medical Expert
PAŞA Insurance OJSC invites candidates to become a member of our
professional team by applying for the position of Medical Expert / Senior Medical
Expert.
A Medical Expert / Senior Medical Expert is responsible for conducting expert reviews of
medical insurance requests, insurance claims, and medical documentation, as well as assessing the necessity of
medical services and their compliance with insurance policy terms. The primary purpose of this role is to ensure
objective and well-grounded medical expert decisions, prevent unjustified medical expenses, and optimize insurance
loss ratios. In addition, the Senior Medical Expert participates in the assessment of complex medical cases and
contributes to the continuous improvement of medical review processes.
Responsibilities
Conduct expert reviews of incoming medical insurance requests, insurance claims, and
submitted medical documentation;
Assess the medical justification of
consultations, laboratory and instrumental examinations, diagnostic procedures, inpatient treatments, and surgical
operations;
Verify the compliance of medical services with insurance
policy terms, coverage scope, and exclusions;
Analyze prescribed
medications in relation to diagnosis, medical indications, dosage, and treatment duration;
Assess the medical necessity of repeated consultations and examinations, requests related to
the same or similar diagnoses, transfers between healthcare institutions, and recurring medical
services;
Conduct medical and financial reviews of high-cost medical
services, diagnostic examinations, prescribed medications, and complex insurance claims;
Review electronic registries, invoices, and other medical documents submitted by healthcare
institutions and identify discrepancies;
Analyze the compliance of
medical service fees, contractual tariffs, applied discounts, and settlement terms;
Detect and investigate medically unjustified services, duplicate billings, potential abuse
cases, and suspicious activities;
Prepare justified recommendations for
corrections or claim denials based on discrepancies identified during the medical review
process;
Ensure effective cooperation with insurance departments of
healthcare institutions, treating physicians, the Assistance Center, the Network team, and other relevant
stakeholders;
Conduct medical reviews of reimbursement claims submitted
by insured individuals for services received from non-contracted healthcare providers;
Investigate complex and disputed medical cases and escalate them to the direct supervisor when
necessary;
Review the accuracy and validity of medical review decisions
and identify recurring errors and systematic discrepancies;
Analyze claim
frequency, average costs, and high-cost cases by healthcare institution, physician, diagnosis, and type of medical
service;
Identify factors affecting medical insurance loss ratios and
develop proposals aimed at optimizing medical expenses and reducing unjustified costs;
Participate in improving medical review processes, implementing unified assessment criteria,
and enhancing service quality;
Prepare periodic medical review reports
and present results to the direct supervisor;
Protect the rights of
insured individuals and the legitimate interests of the company by ensuring that medical review decisions are
objective, transparent, and well-founded;
Perform other duties assigned
by the direct supervisor in line with the role’s responsibilities.
Knowledge Requirements
Higher education in Medicine;
Minimum 3
years of professional experience in the medical field; for the Senior Medical Expert position, a minimum of 5 years
of experience is preferred;
Experience in medical insurance, medical
expertise, or clinical audit is considered an advantage;
Knowledge of
clinical diagnostics, pharmacology, laboratory and instrumental examinations, and treatment
principles;
Knowledge of insurance policy coverage terms and
exclusions;
Ability to analyze medical documentation and treatment
prescriptions;
Proficiency in Microsoft Office applications, particularly
Microsoft Excel;
Fluency in Azerbaijani; working knowledge of Russian and
English is considered an advantage.
Skills and Competencies
Analytical and logical thinking;
Ability
to analyze medical information and make well-reasoned decisions;
Strong
attention to detail and accuracy;
Effective communication and teamwork
skills;
Ability to respond promptly to non-standard
situations;
Problem-solving skills and initiative;
Empathetic and professional approach towards insured individuals;
Resilience under pressure and emotional stability;
Integrity, objectivity, and accountability;
Effective time management skills;
Commitment to
confidentiality and professional ethics.
What We Offer
Meaningful Work
Opportunity to participate in decision-making, influence change, and contribute to
the company’s success.
A Team That Grows Stronger Together
An opportunity to work in a professional, supportive, and collaborative team
environment.
Continuous Development Opportunities
Extensive opportunities to acquire new knowledge, enrich your experience, and
continue your professional development.
A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are supported, and your
growth is invested in.
Only candidates who meet the initial screening requirements will be
contacted.
Interested candidates can apply by clicking the link
provided in the"Apply"button.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
