Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini,
onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil
edir;
Avadanlığın sökülməsi, köhnəlmiş hissələrinin dəyişdirilməsi
və yığılmasında iştirak edir.
İstehsalatın texniki hazırlığını təmin
edir;
Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri)
razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak
edir;
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material
sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat
hissələrinin və materialların alınması üçün tələbnamnənin tərtib edilməsində iştirak edir;
Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın
modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini
növbələşdirir;
Eksperiment, quraşdırma və yeni texnikanın
mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak
edir;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsini təmin edir;
Avadanlıqların işini
yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir.
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Texniki ixtisas və ya peşə təhsili.
Məsuliyyətli, diqqətli və operativ olmaq.
Komandada işləmək bacarığı.
İş şərtləri
Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında
müəyyən edilir.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə
uyğun rəsmi əmək müqaviləsi.
Həftəlik 40 saatlıq iş qrafiki ilə 6
günlük iş rejimi.
İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi
yaxınlığında yerləşən istehsalat sahəsi.
Nahar və servis xidməti
şirkət tərəfindən təmin edilir.
Qaradağ rayonu ərazisində yaşayan
namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
