Vakansiya haqqında
Təsvir
Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və
təkmilləşdirilməsini təmin etmək;
Biznes ehtiyaclarına uyğun yeni
modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
Proqram
təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan
qaldırmaq;
Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq
etmək;
API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların
qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
SQL
sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və
optimallaşdırmaq;
Mövcud proqram kodlarını təhlil etmək, performansını
optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
Test və istehsal
mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək
layihələrin icrasını təmin etmək.
İş qrafiki: 5 günlük - 09:00-18:00
Tələblər
Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və
ya digər müvafiq ixtisaslar üzrə )
Təcrübə:
Minimum2-3il peşəkar iş təcrübəsi (Proqram təminatının
hazırlanması və inkişafı sahəsində)
Retail, FMCG və ya digər
yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab
edilir;
Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları
ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
Relyasion verilənlər
bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili
üzrə praktiki təcrübə;
Git, Azure DevOps və digər versiya idarəetmə,
CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və
miqyaslandırılması üzrə anlayış;
Yüksək əlçatanlıq və davamlılıq tələb
edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə
təcrübə;
Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin
edilməsi üzrə anlayış və praktiki yanaşma;
Texniki problemləri sistemli
şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək
bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera Yükəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
