Vakansiya haqqında
CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və
turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup
şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Mexanik İşlər
Mühəndisi axtarırıq.
İşin təsviri:
Layihənin əsas iş proqramına uyğun olaraq mexaniki işlərin sahədə icrasını izləmək
və koordinasiya etmək;
Subpodratçılar tərəfindən tamamlanmış mexaniki
işləri yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
Haqq-hesab sənədlərinə əsas olan metraj, ataşman, material hesablamaları və detallı iş
proqramlarını yoxlamaq və izləmək;
Mexaniki işlərin şirkətin keyfiyyət
tələblərinə, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət
etmək;
Gündəlik sahə işləri üçün tələb olunan avadanlıq və material
ehtiyaclarını müəyyən etmək, təminat prosesini izləmək;
İcra zamanı
yaranan texniki problemləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları
aparmaq;
Əməyin mühafizəsi təlimatlarına riayət etmək və məsul olduğu
əməkdaşların bu qaydalara uyğun işləməsini təmin etmək.
Vəzifə üzrə tələblər:
Universitetlərin Maşınqayırma Mühəndisliyi ixtisası üzrə ali
təhsil;
Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş
təcrübəsi;
Mexaniki sistemlər, mexaniki qurğuların quraşdırılması və sahə
tətbiqləri barədə bilik;
Texniki layihələri, çertyojları və mexaniki
sistem detallarını oxumaq və qiymətləndirmək bacarığı;
Smeta və iş
həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq;
MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
Layihə hesabatları və texniki sənədləşmə, həmçinin mexaniki sistemlərə aid texniki
spesifikasiyalar, standartlar və qaydalar barədə bilik;
İngilis dili
biliyinin orta səviyyədə olması;
Analitik düşünmə, problem həll etmə,
komandada işləmə və effektiv ünsiyyət bacarıqları.
İş yeri:Zağulba, Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mexanik İşlər Mühəndisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
