Vakansiya haqqında
İşin təsviri
Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli
donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil
olur.
Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə
addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Niyə Krispy Kreme?
Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə
necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər
gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını
inkişaf etdirir.
Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin
mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə aid tələblər:
Orta ixtisas və ya ali texniki təhsil;
Avadanlıqların texniki xidməti, təmiri və nasazlıqların aradan qaldırılması sahəsində 2–5 il
iş təcrübəsi;
PLC sistemləri üzrə bilik və praktiki təcrübə (Siemens PLC
üzrə təcrübəyə üstünlük verilir);
Elektrik və mexaniki avadanlıqların iş
prinsipləri haqqında biliklər;
Texniki problemləri müəyyənləşdirmək,
təhlil etmək və operativ həll etmək bacarığı;
Texniki sənədləri oxuma və
riyazi hesablama bacarığı;
Yüksək ünsiyyət və komanda ilə işləmək
bacarığı;
Müstəqil qərarvermə və problem həll etmə
qabiliyyəti;
Məsuliyyətlilik, dəqiqlik və
operativlik;
Sürücülük vəsiqəsinin və təmiz sürücülük tarixçəsinin
olması;
Ölkədaxili və beynəlxalq ezamiyyətlərə hazır
olmaq;
Xarici səfərlər üçün tələb olunan sənədlərə və səyahət imkanına
malik olmaq.
Əsas vəzifə öhdəlikləri:
Krispy Kreme mağazalarında istifadə olunan avadanlıqların quraşdırılmasını, texniki
baxışını və təmirini həyata keçirmək;
Avadanlıqların fasiləsiz və düzgün
işləməsini təmin etmək;
Mürəkkəb texniki nasazlıqları yerində
müəyyənləşdirmək və aradan qaldırmaq;
Təcili təmir müraciətlərinə
operativ reaksiya vermək;
Avadanlıqların profilaktik texniki xidmətini
həyata keçirmək və mümkün nasazlıqların qarşısını almaq;
Mağaza
əməkdaşlarına avadanlıqların düzgün istismarı və texniki qulluq qaydaları barədə dəstək
göstərmək;
Avadanlıqlarda yaranan nasazlıqların ilkin diaqnostikasını
aparmaq və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
Avadanlıqların texniki vəziyyəti ilə bağlı müvafiq şöbələrlə və mağaza əməkdaşları ilə
koordinasiyanı təmin etmək;
Texniki xidmət və təmir işlərini müəyyən
edilmiş prosedur və təlimatlara uyğun həyata keçirmək;
Gündəlik iş
fəaliyyətini müstəqil idarə etmək və yaranan texniki problemlərə operativ müdaxilə etmək;
Zərurət yarandıqda ölkədaxili və beynəlxalq ezamiyyətlərdə iştirak etmək.
İş şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: işin xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir;
Ölkədaxili və beynəlxalq ezamiyyət imkanları;
Müasir iş mühiti və peşəkar kollektiv;
Peşəkar
inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Avadanlıqlar üzrə
texnik” qeyd edərəkMüraciət etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
