Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Malların və avadanlıqların anbara qəbulunun, sistemli yerləşdirilməsinin və
təhvilinin həyata keçirilməsi;
Şirkətin elektron proqram təminatında
anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların operativ uçotunun aparılması və
hesabatlılığın təmin edilməsi;
Mədaxil və məxaric məhsullar üzrə
bütün zəruri sənədləşmə prosesinin təmin edilməsi;
Anbar sahəsinin
səliqə, təsnifat, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına uyğun saxlanılmasına nəzarət
edilməsi;
Mütəmadi (dövri) inventarizasiya və sayım proseslərinin
aparılması, eləcə də bu proseslərdə aktiv iştirak edilməsi;
Sayımlar və qəbul zamanı aşkar olunmuş çatışmazlıqlar, artıqlıqlar və digər uyğunsuzluqlar
barədə rəhbərliyə rəsmi hesabatların verilməsi;
Məhsulların və
mal-materialların xüsusiyyətlərinə uyğun olaraq düzgün yerləşdirilməsinin və fiziki qorunmasının təmin
edilməsi.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
5 günlük iş
həftəsi;
Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə
əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 1–3 il iş
təcrübəsi;
Anbar uçotu və
elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında
işləmək bacarığı;
Diqqətlilik, məsuliyyət və operativlik;
Komanda ilə işləmək və riyazi
təfəkkür
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt
ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
