Vakansiya haqqında
Namizədə olan tələblər:
Bölmə Meneceri və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında
yerinə yetirilməsini təmin etmək.
Ümumi vəzifə öhdəlikləri:
Cəmiyyətin maraqlarını dövlət, prokurorluq, hüquq-mühafizə, təhqiqat, istintaq,
vergi, gömrük, daxili işlər orqanları, habelə məhkəmələr və mediasiya təşkilatlarında təmsil etmək və qanuni
mənafelərini müdafiə etmək;
Pretenziya, iddia ərizəsi, apellyasiya və
kassasiya şikayəti, barışıq sazişi, etiraz, vəsatət, mülahizə habelə arayış, hüquqi rəy, məktub, təqdimat, yazılı
müraciət, sorğu, ərizə, şikayət və digər sənədləri tərtib etmək və imzalamaq;
İcra işlərinin təmin edilməsi məqsədi ilə icra prosesinə, aylıq ödənişlərə nəzarət etmək və
borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün icra məmurları tərəfindən müvafiq
sorğuların verilməsini təmin etmək;
Məhkəmə və icra işlərinin uçotunu,
hesabatını aparmaq və bu məlumatları müvafiq olaraq yeniləmək;
Borclular
tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər
görmək;
Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti
üzrə digər məsələlərin icrasına nəzarət etmək və zəruri dəstəyi göstərmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və Qrupun fəaliyyət istiqamətləri
üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət, eləcə də hüquqi dəstək göstərmək;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan
linkə daxil olaraq müraciət edə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
