Vakansiya haqqında
İcrasına başlanılacaq yeni hündürmərtəbəli yaşayış binası layihəmiz üçün
tikinti sahəsində keyfiyyət standartlarına müstəqil nəzarəti həyata keçirəcək, tikinti işlərinin texniki tələblərə
və QA/QC (Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət) standartlarına uyğunluğunu təmin edəcək, müvafiq layihələrdə
təcrübəli mühəndis axtarırıq.
Əsas Öhdəliklər:
Tikinti sahəsindəki işlərin keyfiyyətinə nəzarət (QC) fəaliyyətlərini idarə
etmək;
Tikinti işlərinin təsdiq edilmiş mühəndislik çertyojlarına,
spesifikasiyalara (texniki şərtlərə) və metodologiyalara uyğunluğu təmin etmək;
Texniki kənaşmaları və keyfiyyətlə bağlı riskləri müəyyən etmək;
Təftişlər (yoxlamalar) keçirmək və düzəldici tədbirlərin icrasına nəzarət
etmək;
Texniki rəylər və hesabat sənədləri
hazırlamaq;
İcra olunan tikinti quraşdırma işlərinin yoxlanması və
təhvil-təslim proseslərində iştirak etmək.
Tələblər:
Mühəndislik sahəsində ali təhsil (inşaat təhsili
arzuolunandır);
Hündürmərtəbəli binaların tikintisi layihələrində iş
təcrübəsi;
QA/QC prosedurları və tikinti standartları barədə
biliklər;
Yaşayış və ya kommersiya obyektlərinin tikintisi layihələrində
təcrübə
Sahədə tikintinin icrasına nəzarət etmək
bacarığı
Güclü texniki düşüncə tərzi, detallara qarşı diqqətlilik və
müstəqil işləmək bacarığı.
Rus və ingilis dili biliyi arzuolunandır,
lakin mütləq deyil (üstünlükdür)
İş yeri: Bakı şəhəri, tikinti sahəsi
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
