Vakansiya haqqında
Təsvir
İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici
ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; ən keyfiyyətli və ən ucuz malların satıcılarını
müəyyən edir və rəhbərliklə razılaşdırılaraq həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin
hazırlanması və imzalanmasını təşkil edir;
Apardığı yazışmaların,
danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirlər görür; Qanun və digər normativ hüquqi
aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət
edir;
Daxili və xarici tədarükçülərin seçimi və qiymətlərin
qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə, tədarük
edilən məhsul və xidmətlərlə vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;
Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab
verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;
Xarici
bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satın alınan materiallara, məhsullara dair tələblərin müəyyən
edilməsi; Yerli bazarın monitorinqini aparmaq; Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki
istehsalçılarını tapmaq, istehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması; İstehsalçı fabrika
ilə müqavilələrin bağlanması.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: minimum 3
il;
Dil bilikləri: Azərbaycan, İngilis və Rus
dilləri;
Kompüter bilikləri: Word, Excel, Outlook və
1C;
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət:
Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Əmək haqqı (Razılaşma yolu ilə);
Şəhərin
mərkəzində ofis;
Dinamik və gənc komanda ilə iş
imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
