Vakansiya haqqında
Radius Təkər Mərkəzi komandamıza məsuliyyətli,
intizamlı, punktual və peşəkar korporativ sürücü axtarır.
Korporativ sürücü şirkət rəhbərliyinin və
əməkdaşlarının işgüzar gediş-gəlişlərini təmin edəcək, şirkətin qonaq və tərəfdaşlarının qarşılanması və transferini
həyata keçirəcək, həmçinin gündəlik iş prosesində sənəd və digər zəruri materialların çatdırılmasına cavabdeh
olacaq.
Namizədə
tələblər:
Kişi, 25–40 yaş;
Orta təhsil;
BC kateqoriyalı sürücülük
vəsiqəsi;
Minimum 3–5 il
sürücülük təcrübəsi;
Mexaniki
sürətlər qutusu olan avtomobili sərbəst idarə etmək bacarığı;
Bakı şəhərini və ətraf əraziləri yaxşı
tanımaq;
Azərbaycan və rus
dillərində səlis danışıq;
Yol
hərəkəti qaydalarını mükəmməl bilmək və təhlükəsiz sürücülük vərdişlərinə sahib olmaq;
Səliqəli xarici görünüş və işgüzar ünsiyyət
bacarığı;
Korporativ etikaya
və məxfiliyə riayət etmək;
Məsuliyyətli, diqqətli, punktual və çevik olmaq;
Verilən tapşırıqları dəqiq və vaxtında yerinə
yetirmək.
Əsas vəzifələr:
Şirkət rəhbərliyinin və əməkdaşlarının zəruri
hallarda işgüzar gediş-gəlişlərinin təhlükəsiz və vaxtında təmin edilməsi;
Şirkətin xarici qonaq və tərəfdaşlarının hava limanında
qarşılanması, otelə, ofisə, görüşlərə və digər təyin olunmuş ünvanlara çatdırılması;
Qonaqların səfər proqramına uyğun olaraq şəhərdaxili
transferlərin həyata keçirilməsi;
Müxtəlif ünvanlara sənədlərin, korrespondensiyanın və zəruri materialların
çatdırılması və götürülməsi;
Verilən marşrut və gündəlik tapşırıqlar üzrə operativ hərəkətin təmin
edilməsi;
İstifadə olunan
avtomobilin təmizliyinə, texniki sazlığına və ümumi vəziyyətinə gündəlik nəzarət
edilməsi;
Avtomobilin
təhlükəsiz idarə olunması və qorunub saxlanılması;
Zəruri hallarda iş fəaliyyəti ilə bağlı digər sürücü və logistika tapşırıqlarının
yerinə yetirilməsi.
İş şərtləri:
İş saatı:
09:00–18:00
İş qrafiki:
Həftənin 6 günü (şənbə - qısa iş günü), istirahət günü – bazar
Nahar: Şirkət tərəfindən təmin
olunur
İş yeri: Babək pr.,
M.H. Kazımov küç. 8
Əmək
haqqı: 800 AZN
CV-nizi mövzu hissəsində “Korporativ sürücü” qeyd
etməkləMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə - 0774380444
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
