Vakansiya haqqında
İş şəraiti
Fəaliyyət sahəsi: Topdansatış və ticarət
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 1 300 – 1 500 AZN
Vəzifə öhdəlikləri
Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə uyğun
aparılması;
Alış və satış əməliyyatlarının uçotu, elektron
qaimə-fakturaların hazırlanması və yoxlanılması;
Vergi, DSMF, statistika
və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
Bank
əməliyyatlarının, köçürmələrin və ödənişlərin həyata keçirilməsi;
Debitor
və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
Anbar və
mal-material ehtiyatlarının uçotuna nəzarət;
Əməkhaqqının hesablanması və
müvafiq hesabatların hazırlanması;
Rəhbərlik üçün maliyyə, satış, alış və
digər analitik hesabatların hazırlanması;
Zərurət yarandıqda xüsusi
hesablamaların və maliyyə təhlillərinin aparılması.
Namizədə tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil;
Mühasibatlıq sahəsində minimum 3 il praktiki iş
təcrübəsi;
Azərbaycan Respublikasının vergi qanunvericiliyi və
mühasibat uçotu üzrə yaxşı biliklər;
Vergi və digər rəsmi hesabatları
müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
Microsoft Excel
proqramını yaxşı səviyyədə bilmək;
Güclü riyazi və analitik
düşünmə qabiliyyəti;
Məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq
və problemləri müstəqil həll etmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və
işə sistemli yanaşma.
Üstünlük veriləcək namizədlər
Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş
namizədlər;
Ticarət və topdansatış şirkətlərində mühasibatlıq təcrübəsi
olanlar;
Excel proqramında mürəkkəb hesabatlar hazırlamaq və böyük
məlumat bazaları ilə işləmək bacarığı olanlar;
Yeni proqramları və iş
proseslərini sürətlə mənimsəyənlər.
Biz nə təklif edirik?
Stabil və inkişaf perspektivi olan iş mühiti;
Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
Rəhbərliklə birbaşa işləmək və şirkətin maliyyə proseslərinin qurulmasında iştirak etmək
imkanı.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
