Vakansiya haqqında
İş rejimi: Tam ştat
Lokasiya: Bakı
Vəzifə haqqında
Vəzifənin əsas məqsədi ofisə daxil olan qonaqların qarşılanması və inzibati
proseslərin koordinasiyası ilə yanaşı, fərdi və korporativ müştərilərlə əlaqələrin qurulması, müştəri
məmnuniyyətinin öyrənilməsi, rəylərin sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanmasını təmin
etməkdir.
Vəzifə öhdəlikləri
Qeydiyyat və inzibati dəstək
Müştəri məmnuniyyətini qiymətləndirmək, təklif və şikayətləri qeydə
almaq;
Müştərilərdən əldə olunan məlumatları Excel proqramında
sistemləşdirmək və müvafiq məlumat bazasını aparmaq;
Müştəri rəyləri
əsasında dövri hesabatlar hazırlamaq və Marketinq şöbəsinə təqdim etmək;
Müştərilərlə ünsiyyət zamanı şirkətin korporativ etik normalarına və xidmət standartlarına
riayət etmək
Daxili sənədlərin qəbulu, qeydiyyatı,
arxivləşdirilməsi və aidiyyəti şəxslərə çatdırılması;
Korporativ
məktubların və kuryer göndərişlərinin qəbulu və yönləndirilməsi;
Daxil
olan telefon zənglərinin və e-poçt sorğularının cavablandırılması və müvafiq şəxslərə
yönləndirilməsi;
Back-office prosesləri çərçivəsində rəhbərliyə və
komandaya inzibati dəstəyin göstərilməsi;
Daxili sistemlərə məlumatların
düzgün daxil edilməsi və gündəlik hesabatların hazırlanması;
Resepsiyon
əməkdaşının olmadığı hallarda onun vəzifələrini müvəqqəti icra etmək.
Namizədə dair tələblər
Ali və ya orta ixtisas təhsili;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən istifadə
bacarığı;
Müştərilərlə telefon vasitəsilə peşəkar ünsiyyət qurmaq
bacarığı;
Məlumatların dəqiq qeydiyyatı, sistemləşdirilməsi və
hesabatların hazırlanması bacarığı;
Yüksək təşkilatçılıq, məsuliyyətlilik
və detallara diqqət;
Səliqəli, punktual və nizam-intizamlı
olmaq;
Güclü kommunikasiya və problem həll etmə
bacarıqları;
Komandada işləmək və eyni zamanda bir neçə tapşırığı idarə
etmək bacarığı;
Təklif etdiyimiz
imkanlar:
Rəsmi işə qəbul
5 günlük iş rejimi:
09:00–18:00
Böyük
texnologiya brendləri ilə işləmək imkanı
Peşəkar və inkişaf yönümlü komanda mühiti
Müxtəlif marketinq layihələrində iştirak
imkanı
Maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Operator” qeyd
olunmalıdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
