Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Tikinti, yenidənqurma, əsaslı və cari təmir layihələri üzrə layihə-smeta
sənədlərinin hazırlanmasını və yoxlanılmasını həyata keçirmək.
Layihələrin texniki, memarlıq, konstruktiv və mühəndis-kommunikasiya həllərinin layihə
sənədlərinə uyğunluğunu yoxlamaq.
Layihə üzrə tikinti-quraşdırma
işlərinin həcmlərini müəyyən etmək, ölçü və hesablama işlərini aparmaq.
Tikinti materialları, konstruksiyalar, avadanlıqlar və digər resurslara olan tələbatı
müəyyənləşdirmək.
Layihələr üzrə smeta hesablamalarını aparmaq, tikinti
işlərinin dəyərini müəyyən etmək və smeta sənədlərini hazırlamaq.
Lokal
smeta, resurs smetası, icmal smeta və digər smeta sənədlərinin hazırlanmasını təmin etmək.
Material, əmək, maşın-mexanizm və digər resurs xərclərini hesablamaq və layihənin ümumi smeta
dəyərini müəyyən etmək.
Layihə-smeta sənədlərinin qüvvədə olan
normativ-texniki sənədlərə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğunu
yoxlamaq.
Layihə-smeta sənədlərinin ekspertizaya təqdim olunması üçün
sənədlərin komplektləşdirilməsini və texniki baxımdan hazırlanmasını təmin etmək.
Ekspertiza prosesində layihə üzrə verilmiş irad və qeydləri qəbul etmək, təhlil etmək və
aidiyyəti üzrə aradan qaldırılmasını təmin etmək.
Ekspertiza rəyləri və
iradları əsasında layihə və smeta sənədlərinə müvafiq düzəlişlər etmək.
Ekspertiza qurumları, sifarişçi, layihə təşkilatları, podratçı və digər aidiyyəti
təşkilatlarla layihə-smeta məsələləri üzrə yazışmalar və işgüzar əlaqələr aparmaq.
Layihə sənədlərində nəzərdə tutulan texniki həllərin və smeta göstəricilərinin
əsaslandırılmasını təmin etmək.
Layihədə dəyişikliklər baş verdikdə
layihə-smeta sənədlərinə müvafiq düzəlişlər etmək və smeta dəyərini yenidən hesablamaq.
Podratçı və subpodratçı təşkilatlar tərəfindən təqdim olunan smeta, hesablamalar, görülmüş
işlərə dair aktlar və digər sənədləri yoxlamaq.
Faktiki yerinə yetirilmiş
işlərin həcmlərini yoxlamaq və onların layihə-smeta sənədlərinə uyğunluğunu müəyyən etmək.
Görülmüş işlərin dəyərinin smeta göstəricilərinə uyğunluğunu təhlil etmək və aşkar edilmiş
kənarlaşmalar barədə rəhbərliyə məlumat vermək.
Layihə üzrə əlavə işlərin
və dəyişikliklərin texniki və maliyyə əsaslandırılmasını hazırlamaq.
Layihə-smeta sənədləri üzrə texniki-iqtisadi göstəriciləri təhlil etmək və optimallaşdırma
təklifləri hazırlamaq.
Layihələrin ekspertizadan keçirilməsi üçün tələb
olunan texniki əsaslandırmaları, arayışları, izahatları və digər sənədləri hazırlamaq.
Ekspertiza nəticəsində tələb olunan əlavə məlumat və sənədləri hazırlamaq və təqdim
etmək.
Layihə və smeta sənədlərinin düzgün, tam və müəyyən edilmiş
tələblərə uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Layihələrin
icrası zamanı yaranan layihə-smeta və texniki məsələlərin həllində iştirak etmək.
Layihə-smeta sənədlərinin hazırlanması və yoxlanılması zamanı AutoCAD, MS OFFICE və müvafiq
smeta proqramlarından istifadə etmək.
Layihə-smeta sənədlərində
hesablamaların düzgünlüyünə, məlumatların dəqiqliyinə və sənədlərin normativ tələblərə uyğunluğuna görə məsuliyyət
daşımaq.
Layihə və smeta sənədlərində aşkar edilmiş uyğunsuzluqların
vaxtında aradan qaldırılması üçün tədbirlər görmək.
Layihə-smeta və
ekspertiza işlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin
etmək.
Layihə-smeta və ekspertiza fəaliyyəti ilə bağlı hesabat, arayış,
məlumat və digər xidməti sənədləri hazırlamaq.
Əməyin mühafizəsi, texniki
və yanğın təhlükəsizliyi, daxili intizam qaydaları və digər müəyyən edilmiş tələblərə riayət
etmək.
Namizədə tələblər:
Ali texniki və ya mühəndislik təhsili;
Tikinti, layihələndirmə və smeta sahəsində iş təcrübəsi;
Layihə-smeta sənədlərinin hazırlanması və yoxlanılması üzrə praktiki
biliklər;
Tikinti norma və qaydaları, standartlar və normativ-texniki
sənədlər üzrə biliklər;
Layihələrin ekspertizaya hazırlanması və
ekspertiza iradlarının aradan qaldırılması üzrə təcrübə;
Tikinti
işlərinin həcmlərinin hesablanması və smeta dəyərinin müəyyən edilməsi bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Müvafiq smeta proqramlarından istifadə bacarığı;
Texniki çertyojları oxuma və təhlil etmə bacarığı;
Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;
Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Sifarişçi, layihəçi, podratçı və ekspertiza qurumları ilə effektiv kommunikasiya qurmaq
bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
bacarığı;
Məxfi məlumatların qorunması və xidməti məlumatlarla düzgün
işləmək bacarığı.
Əmək haqqı namizədin təcrübəsi əsasında müəyyən olunacaq
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
