Vakansiya haqqında
Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə Satış Meneceri vakansiyası
elan edir.
Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam marketinq dəstəyi və
nəticəyə bağlı komissiya.
Sizi nə gözləyir
Hazır lead axını - daxil olan sorğuları satışa çevirirsiniz
Tam marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir
Dünya üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil
Sabit əmək haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən
asılıdır
Beynəlxalq turizm sahəsində real karyera
inkişafı
Vəzifə öhdəlikləri
Daxil olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən
edərək uyğun tur paketini satmaq
Fərdi və qrup turlarını hazırlamaq və
satışını tamamlamaq
Aylıq satış hədəflərini icra
etmək
Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata
keçirmək
Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat
vermək
Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə
koordinasiyalı işləmək
Tur zamanı yaranan məsələləri operativ həll
etmək
Satışları 1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları
rəhbərliyə təqdim etmək
Namizədə tələblər
Ali təhsil (turizm və ya menecment ixtisası üstünlükdür)
Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
Şəxsi satış portfeli və ya korporativ müştəri bazası
Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları (bedbank) ilə iş
təcrübəsi
Populyar turizm destinasiyaları üzrə geniş
bilik
Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis
dillərində minimum B2 səviyyə
Aylıq satış hədəfi ilə işləmək və nəticələr
üzrə hesabatlılıq təcrübəsi
Üstünlükdür
Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak
təcrübəsi
Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət
təcrübəsi
Amadeus, Galileo kimi GDS sistemləri ilə
tanışlıq
İş şəraiti
Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş
rejimi
İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
