Vakansiya haqqında
Uzunmüddətli tərəfdaşlıqlar qurmaq, strateji satış müqavilələri bağlamaq və
texnologiya yönümlü dinamik mühitdə korporativ müştərilərlə işləmək sizi motivasiya edirmi?
Elə isə bu vakansiya sizin üçündür!
AEM ELEKTRON satış komandasını genişləndirir və əsas korporativ
müştərilərlə münasibətlərin qurulması və idarə edilməsi, eləcə də davamlı biznes artımının təmin olunması üçün
təcrübəli Korporativ Satış Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri
Korporativ və B2B müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması və
idarə edilməsi;
Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və
korporativ müştəri portfelinin genişləndirilməsi;
Kommersiya
təkliflərinin, qiymət təkliflərinin və müqavilələrin hazırlanması;
Korporativ müştərilərlə danışıqların aparılması və satış müqavilələrinin
bağlanması;
Optimal həllərin təqdim edilməsi üçün Pre-Sales, texniki və
məhsul komandaları ilə sıx əməkdaşlıq;
Bazar tendensiyalarının, müştəri
ehtiyaclarının və rəqiblərin fəaliyyətinin izlənilməsi;
Satış
hədəflərinin yerinə yetirilməsi və müntəzəm satış hesabatlarının hazırlanması;
İşgüzar görüşlərdə, təqdimatlarda və tədbirlərdə şirkətin təmsil edilməsi.
Namizədə tələblər
Biznesin idarə edilməsi, marketinq, menecment, İT və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Korporativ satış və ya B2B satış sahəsində təsdiqlənmiş iş
təcrübəsi (İT və texnologiya sektorunda təcrübəyə üstünlük verilir);
Güclü danışıqlar aparmaq və işgüzar münasibətləri idarə etmək bacarığı;
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və onları effektiv həllərə çevirmək
bacarığı;
Nəticəyönümlülük və güclü analitik düşünmə
qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət
bacarıqları.
Dil bilikləri
Azərbaycan dili — sərbəst səviyyədə, şifahi və
yazılı;
Rus dili — sərbəst işgüzar ünsiyyət, yazışma,
danışıqlar və təqdimatlar aparmaq səviyyəsində;
İngilis
dili — orta və orta səviyyədən yuxarı (B1–B2+), işgüzar ünsiyyət, görüşlər və tərəfdaşlarla yazışmalar
aparmaq üçün.
Biz nə təklif edirik?
Beynəlxalq İT və təhlükəsizlik brendləri ilə birbaşa işləmək
imkanı;
Korporativ satışın və strateji tərəfdaşlıqların inkişafında mühüm
rol;
Sabit və inkişaf edən şirkətdə karyera yüksəlişi
imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı və nəticələrə əsaslanan əlavə
motivasiya sistemi;
İstehsalçı və təchizatçı şirkətlərin təlimlərində,
işgüzar görüşlərdə və tədbirlərdə iştirak imkanı;
Şəhər mərkəzində
yerləşən ofis və 5 günlük iş qrafiki;
Təşəbbüskarlığın, məsuliyyətin və
nəticəyönümlülüyün qiymətləndirildiyi peşəkar iş mühiti.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Məktubun mövzusu: Korporativ Satış
Meneceri
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
