Vakansiya haqqında
Təsvir
Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil
edilməsi;
Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması,
icrasına nəzarət edilməsi;
Ssenarist, aparıcı, videograf və digər komanda
üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi;
Çəkiliş üçün məkan,
iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi;
Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların
aparılması;
Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və
düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin
edilməsi;
Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında
gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi;
Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və
vəziyyətinin yoxlanılması;
Çəkiliş günü komanda işinin və logistikanın
təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi;
Çəkiliş
zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi;
Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və
giriş-çıxışına nəzarət edilməsi;
Rekvizitlərin saxlanmasının və təkrar
istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil
edilməsi;
İstehsal xərclərinin uçotunun aparılması və resursların
səmərəli istifadəsinin təmin edilməsi.
Tələblər
Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş
təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və
ingilis dili biliyi üstünlükdür;
Çəkiliş mərhələlərini planlaşdırmaq,
yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq
bacarığı;
Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların
funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı;
Büdcə, xərc
uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək
bacarığı;
Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ
qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma;
Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası).
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya
imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
Dinamik və müasir iş mühiti;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və
əməkdaşlığa əsaslanan komanda mühiti;
Böyük və dinamik şirkət mühitində
müxtəlif HR layihələrində iştirak imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
