Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Digital marketinq sahəsində
minimum 1 il iş təcrübəsi;
Google Ads və Meta Ads reklam kampaniyalarının
idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı;
Lead generation və sosial media idarəçiliyi üzrə biliklər;
SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri;
Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
Regionlara ezamiyyətə hazır olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış
illik və aylıq planlar əsasında həyata keçirmək;
Google
Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını
qurmaq, idarə etmək və optimallaşdırmaq;
Traktor, kombayn, aqreqat və
digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar
planlaşdırmaq;
Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama
kampaniyaları təşkil etmək;
Reklamlardan daxil olan müraciətlərin CRM
sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini
izləmək;
Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və
büdcəni ən effektiv kanallar arasında bölüşdürmək;
Google Analytics 4,
Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları
izləmək;
Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə
həftəlik və aylıq hesabatlar hazırlamaq;
Saytın SEO göstəricilərini
izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;
Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət
etmək;
Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının
və mətnlərinin hazırlanmasını koordinasiya etmək;
A/B testləri aparmaq
(reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları
təkmilləşdirmək;
E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik
kampaniyalar təşkil etmək;
Sərgi, festival və regional tədbirlərin
digital təbliğatını həyata keçirmək;
Rəqib şirkətlərin digital
fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək;
Yeni
digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək
İş şərtlərimiz:
Əmək haqqı: 1200-1400 AZN;
İş qrafiki:
Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü
mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal
Marketinq üzrə Mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və yahttps://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZIlinki vasitəsilə müraciət etmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
