Vakansiya haqqında
Təsvir
Aylıq hesab-fakturaları müqavilə şərtlərinə və razılaşdırılmış hesablaşma qrafikinə
uyğun olaraq icarəçilərə göndərmək və onların vaxtında çatdırılmasını təmin etmək;
Hesab-fakturalarda göstərilən məbləğlərin və tətbiq olunan ödənişlərin düzgünlüyünü təmin
etmək məqsədilə onları müqavilə şərtləri və icarəçilərin aylıq gəlir və dövriyyə məlumatları ilə
yoxlamaq;
Hesab-fakturalarla bağlı icarəçilərin sorğu və etirazlarına
baxmaq, düzəlişləri Maliyyə və İcarə şöbələri ilə əlaqələndirmək;
Maliyyə
şöbəsi ilə birlikdə daxil olan ödənişləri uzlaşdırmaq və onları müvafiq icarəçi hesablarına və hesab-fakturalara aid
etmək;
Vaxtı keçmiş borclar üzrə icarəçilərlə əlaqə saxlamaq və verilmiş
səlahiyyətlər çərçivəsində yığım tədbirlərini həyata keçirmək: xatırlatma və rəsmi bildirişlər göndərmək, ödəniş
qrafikləri razılaşdırmaq, gecikmə cərimələri tətbiq etmək, depozit və ya bank zəmanətindən istifadə etmək, işləri
Hüquq şöbəsinə ötürmək;
Potensial yığım və müqavilə risklərini vaxtında
müəyyən etmək, qiymətləndirmək, hesabat vermək və müvafiq tədbirlər təklif etmək məqsədilə icarəçilərin ödəniş
davranışını, borc qalıqlarını, debitor borclarını, həmçinin satış və ümumi fəaliyyət göstəricilərini təhlil
etmək;
İcarə müqavilələri üzrə ödəniş şərtlərinə, müqavilə müddətlərinə
və əsas tarixlərə nəzarət etmək, müqavilələrin yenilənməsi, uzadılması və xitamı ilə bağlı müvafiq şöbələrlə
koordinasiyanı təmin etmək;
Dəqiq uçot aparmaq və hesabların statusunu
yeniləmək; həftəlik yığım hesabatlarını, aylıq müqavilə, idarəetmə və debitor borcları üzrə proqnoz hesabatlarını
hazırlamaq;
Yığım üzrə əsas performans göstəricilərini (yığım əmsalı üzrə
vaxtı keçmiş borcların payı) izləmək, nəticələri hədəflərlə müqayisə etmək və təkmilləşdirmə imkanlarını
müəyyənləşdirmək;
Müqayisəli və kommersiya təhlilləri aparmaq, biznes
qərarlarını, icarəçilərlə davamlı əməkdaşlığı və portfelin səmərəliliyini dəstəkləmək üçün İcarə və digər şöbələrə
analitik məlumat və tövsiyələr təqdim etmək;
Yığım məsələlərinin həlli və
müqavilə öhdəliklərinə riayət olunmasının təmin edilməsi məqsədilə Maliyyə, İcarə, Hüquq, Ticarət Mərkəzlərinin
İdarəetməsi və digər şöbələrlə əməkdaşlıq etmək; debitor borclarının, ödəniş göstəricilərinin və razılaşdırılmış
tədbirlər planlarının müzakirəsi üçün şöbələr və icarəçilərlə görüşlər təşkil etmək və onlarda iştirak
etmək;
Ticarət mərkəzlərinə ziyarətçi axınının (footfall) dinamikasını
izləmək və aylıq ziyarətçi məlumatlarını icarəçilərlə bölüşmək.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahə
üzrə ali təhsil;
Debitor borclarının idarə edilməsi, borcların yığılması,
Maliyyə və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi;
Microsoft Office
proqramları, xüsusilə Microsoft Excel üzrə yüksək səviyyədə ;
ERP və
mühasibatlıq sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
Mühasibat
uçotunun əsas prinsipləri, debitor borclarının idarə edilməsi, hesab-fakturaların rəsmiləşdirilməsi və maliyyə
hesabatlarının hazırlanması üzrə biliklər;
Güclü analitik və riyazi
təhlil bacarıqları, maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və hesabatlar hazırlamaq
qabiliyyəti;
Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dilini
bilmək üstünlükdür;
Güclü ünsiyyət, danışıqlar aparmaq, təşkilatçılıq və
vaxtın idarə edilməsi bacarıqları, daxili şöbələr və xarici tərəfdaşlarla effektiv koordinasiya qurmaq
qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
