Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və
istehsalat xidmətinin Reklam işinin təşkili və quraşdırılması sahəsinə təcrübəli və məsuliyyətli
dülgər axtarırıq!
Namizəd taxta və digər materiallardan konstrukasiyaların hazırlanması, montajıŞ təmir və
texniki xidmət işlərini yerinə yetirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Reklam qurğularının (lövhələr, stendlər, çərçivələr, karkaslar) taxta və analoji
materiallardan olan hissələrinin hazırlanması, yığılması və montajı; Ağac, MDF, kontrplak (fayner) və plastik
materialların ölçülərə uyğun kəsilməsi, yonulması və emal edilməsi;
Texniki çizgi, ölçü və sxemlərə uyğun olaraq dülgərlik işlərinin yerinə
yetirilməsi;
Əl alətləri və dülgərlik avadanlıqlarının (lobzik, frez,
matqab və s.) vaxtında diaqnostikası, düzgün istismarı və təmizliyi;
Texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması və iş yerində intizamın
qorunması;
Zədələnmiş taxta və reklam konstruksiyalarının bərpası,
profilaktik baxışın keçirilməsi və nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmək.
Namizədlərdən tələblərimiz
Orta ixtisas və ya peşə təhsili (Elektrotexnika və ya əlaqəli sahə
üzrə);
Dülgər kimi minimum 1–2 il iş təcrübəsi);
Texniki çertyoj və eskizləri oxumaq bacarığı;
Müxtəlif dülgər əl alətləri və dezgah/elektrik kəsim alətləri ilə işləmək
bacarığı;
Komanda ilə işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
Məsuliyyətli və intizamlı olmaq;
Operativ və çevik
olmaq.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda
güzəştli istirahət imkan;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq
vakansiya linki iləhttps://hr.metro.gov.az/vacancy/5689 müraciətinizi
tamamlaya bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
