Vakansiya haqqında
DEVABİ platformasının mağazalar arasında tanıdılması, potensial mağazaların
müəyyən edilməsi və yeni tərəfdaşların platformaya cəlb olunması üçün Satış Təqdimat Meneceri
axtarılır.
Vəzifə öhdəlikləri
Potensial tərəfdaş ola biləcək mağazaları müəyyən etmək və yeni mağazalarla əlaqə
yaratmaq;
Mağazalara yerində səfərlər həyata keçirmək, mağaza
rəhbərlərinə və məsul şəxslərə DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim
etmək;
Potensial mağaza tərəfdaşları ilə danışıqlar aparmaq və onları
DEVABİ platformasından istifadəyə cəlb etmək;
DEVABİ panelinin mağazada
uyğun iş cihazına quraşdırılmasını, qeydiyyatını və aktivləşdirilməsini təmin etmək;
Mağazada məsul əməkdaşa paneldən istifadə qaydalarını izah etmək, ilkin praktiki təlim və
dəstək göstərmək;
Platformaya qoşulmuş mağazaların paneldən faktiki
istifadə vəziyyətini izləmək və mağaza əməkdaşları ilə davamlı əlaqə saxlamaq;
Mağazalara aylıq kampaniyalar və platformadakı yeniliklər barədə məlumat
vermək;
Hər bir mağaza üzrə aylıq satış dövriyyəsini izləmək,
dəyişiklikləri təhlil etmək və rəhbərliyə məlumat təqdim etmək;
Mağazalara edilən səfərlərin, görüşlərin, təqdimatların və yeni qoşulan tərəfdaşların uçotunu
aparmaq;
Həftəlik və aylıq satış hədəflərinin icrasını təmin etmək və
nəticələr barədə İcraçı Direktora hesabat vermək.
Tələblər
Ali təhsil tələb olunur;
Satış, müştəri
xidməti və ya sahə işi üzrə təcrübə arzuolunandır; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq
bacarığı;
Mağazalara səfər etməyə və sahədə aktiv işləməyə hazır
olmaq;
Kompüterdən və MS Office proqramlarından istifadə
bacarığı;
Panelin quraşdırılması və istifadəsinin izahı üçün zəruri ilkin
texniki bacarıqlar; Məsuliyyətli, nəticəyönümlü, operativ və komandada işləmək bacarığı.
İş barədə məlumat
Əməkhaqqı: 500 manat başlanğıc (artan əmək haqqı)
Nahar şirkət tərəfindən qarşılanır.
Korporativ
nömrə şirkət tərəfindən qarşılanır.
İş görüşmələri ilə bağlı nəqliyyat
xərci şirkət tərəfindən qarşılanır.
İş saatı:
09:00–18:00;
İş yeri: RST Global Business Center; Birbaşa tabeçilik:
İcraçı direktor.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini“Müraciət et”düyməsində qeyd olunan
elektron ünvana göndərə bilərlər.
Əlaqə +994 99 888 60 61
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
