Vakansiya haqqında
CONNEX MMC həyata keçirdiyi layihələrdə əməyin mühafizəsi və
texniki təhlükəsizlik tələblərinə nəzarətin təmin edilməsi məqsədilə SƏTƏM mütəxəssisi vəzifəsinə
işçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
Layihə sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət
olunmasına gündəlik nəzarət;
İş sahələrində risklərin müəyyən edilməsi və
qabaqlayıcı tədbirlərin görülməsi;
İşçilərin təhlükəsizlik üzrə
təlimatlandırılması və fərdi mühafizə vasitələrindən istifadəyə nəzarət;
SƏTƏM üzrə müvafiq sənədləşmənin və hesabatların aparılması;
Təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar edilməsi və aradan qaldırılması üçün
tədbirlərin təşkili.
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
SƏTƏM
sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti və montaj layihələrində iş
təcrübəsinə üstünlük verilir;
Əməyin mühafizəsi, texniki və yanğın
təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblərə dair biliklər;
Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması,
İş yeri: Əsasən şirkətin layihələrinin həyata keçirildiyi
ərazilər.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq qarşılıqlı
razılıq əsasında müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
