Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə
uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil
etmək;
Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların
lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət
qurumları ilə razılaşdırmaq;
Qoruq ərazisindən əldə olunan xüsusi
daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək;
İdarənin mərkəzi
aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin
iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq;
Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili
maliyyə sistemlərində əks etdirmək;
Dövlət subsidiyalarının təyinatı
üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək;
Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və
xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək;
Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə
planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək;
Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar
edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq;
Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə)
daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow
Forecasting) hazırlamaq;
Məhsul və xidmət satışından gələn real
daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq;
Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı
maliyyə modelləri və ssenari təhlilləri qurmaq.
Namizədə dair tələblər:
Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali
təhsil;
Təcrübə: Minimum 5 il iş
təcrübəsi;
Sertifikat: Beynəlxalq sertifikatların
olması üstünlükdür;
Proqram bilikləri: 1C (8;3),
MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri
arzuolunandır;
Şəxsi keyfiyyətlər və Kompetensiyalar:
Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif
etmək);
Yüksək problem həll etmə (problem-solving) və operativ
qərarvermə bacarığı;
Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək
nizam-intizam.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər. Mövzu hissəsində “Büdcə və planlama” qeyd olunması xahiş olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
