Vakansiya haqqında
Təsvir
Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütamadi olaraq operativ
yoxlamaq
Mağaza əməkdaşı tərəfindən törədilən hər hansı neqativ halları
aşkar edərək, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görmək
Müşahidə
kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləmək (İnkassasiya və kassa əməliyyatları , mal qəbulu,
transfer və.s digər icra olunacaq tədbirlər)
Təhkim olunmuş ərazi üzrə
mağazalarda “Check list” aparmaq
Mağazada operativ yoxlama apararkən hər
hansı bir neqativ hal aşkar edildiyində məsul şəxs və ya şəxslərin izahatını almaq
Mağazalarda seyf və pos kassaların inventarizasiyasını həyata keçirmək
Ehtiyac olduğu təqdirdə obyektlərin təlimata və tələblərə uyğun mühafizəsinin təmin olunması
üçün ehtiyaclarını müəyyən etmək və nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktura məlumat
vermək
Tələblər
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil
üstünlükdür.)
Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində
çalışmış namizədlərə üstünlük verilir
İş təcrübəsi: Minimum 1 il iş
təcrübəsi
Kompüter bilikləri: MS Office (Word, Excel orta
səviyyədə)
Avtomobilin olması mütləqdir( B kateqoriyalı sürücülük
vəsiqəsi)
Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi
keyfiyyətlərə sahiblik
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar ödənişi
Amortizasiya
xərci
korporativ nömrə ilə təmin olunur
Yanacaq xərci
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
