Vakansiya haqqında
NAM Academy komandamıza peşəkar SAT Math müəllimi axtarırıq. Akademiyamızda tələbələrin
SAT imtahanına yüksək səviyyədə hazırlanmasında iştirak edəcək, bilik və təcrübəsinə güvənən müəllimlə əməkdaşlıq
etmək istəyirik.
Əsas vəzifələr
SAT Math proqramı üzrə dərslərin təşkili və tədrisi;
Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının
izlənilməsi;
SAT imtahanının formatına uyğun test və praktiki
tapşırıqların hazırlanması;
Tədris materiallarının hazırlanması və müasir
tədris metodlarından istifadə.
Namizədə dair tələblər
SAT Math mövzularını dərindən bilmək;
SAT
imtahanının strukturu və qiymətləndirmə sistemi üzrə məlumatlı olmaq;
Riyazi anlayışları aydın və sistemli şəkildə izah etmək bacarığı;
Tələbələrlə effektiv ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Akademiyanın sosial media hesabları üçün hazırlanan video çəkilişlərdə iştirak
etmək;
Kamera qarşısında sərbəst danışmaq və fikirlərini aydın ifadə
etmək bacarığı.
İş şəraiti
İş yeri: NAM Academy;
İş qrafiki və
əməkhaqqı namizədin təcrübəsi və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
