Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın
aparılması;
RFQ (Request for Quotation) sorğularının göndərilməsi və
qiymət təkliflərinin toplanması;
Tenderlər üzrə qiymət müqayisə
cədvəllərinin (Comparison Sheets) hazırlanması;
Materialların
qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və
müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
Tender
nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə
dəstək göstərilməsi;
Tikinti Departamentindən daxil olan operativ
satınalma tələblərinin vaxtında icra edilməsi;
Materialların texniki
uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə
koordinasiyanın təmin edilməsi;
Anbar məlumatları əsasında material
qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə
sifarişlərin yerləşdirilməsi;
Satınalma sənədlərinin sistemli şəkildə
arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.
Tələblər:
Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil
üstünlükdür).
Satınalma sahəsində minimum 2 il iş
təcrübəsi.
Azərbaycan və Rus dillərini səlis
bilməli;
MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin
hazırlanması üzrə təcrübə.
ERP sistemləri ilə iş
təcrübəsi.
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə
bacarmaq;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət
tərəfindən təmin edilir
Əmək haqqı: 2000-2500 AZN
(net)
İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
