Vakansiya haqqında
Fəaliyyət sahəsi: Avtomobil idxalı və satışı
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat,
ofisdaxili
İş saatları: 10:00–19:00
Çin və Dubay (BƏƏ) bazarlarından sifariş əsasında avtomobillərin idxalı və satışı ilə
məşğul olan şirkətimizə rəhbər vəzifələr üzrə peşəkar idarəçilər axtarılır.
Əsas vəzifə öhdəlikləri
Şirkətin ümumi fəaliyyətinin və biznes proseslərinin idarə
olunması;
Satış, logistika, maliyyə və inzibati bölmələrin işinin
koordinasiyası;
Şirkətin inkişaf strategiyasının hazırlanması və həyata
keçirilməsi;
Satış hədəflərinin müəyyən edilməsi və nəticələrə
nəzarət;
Çin və Dubay istiqamətləri üzrə idxal, təchizat və logistika
proseslərinin idarə edilməsi;
Əməkdaşların fəaliyyətinə, iş bölgüsünə və
icra intizamına nəzarət;
Müştərilər, xarici təchizatçılar və biznes
tərəfdaşları ilə münasibətlərin idarə olunması;
Xərclərin
optimallaşdırılması və şirkətin gəlirliliyinin artırılması;
Mübahisəli və
operativ həll tələb edən məsələlərin idarə edilməsi;
Rəhbərliyə mütəmadi
fəaliyyət və nəticə hesabatlarının təqdim olunması.
Namizədlərə tələblər
Ali təhsil;
Rəhbər və idarəetmə
vəzifələrində minimum 3 il iş təcrübəsi;
Komanda idarəetməsi və biznes
proseslərinin təşkili üzrə praktiki biliklər;
Güclü liderlik,
təşkilatçılıq və analitik düşünmə bacarığı;
Maliyyə, satış və əməliyyat
göstəricilərini təhlil etmək bacarığı;
Müstəqil qərarvermə və problem
həll etmə qabiliyyəti;
Yüksək məsuliyyət, iş intizamı və peşəkar ünsiyyət
bacarığı.
Avtomobil idxalı, beynəlxalq ticarət, logistika və avtomobil
satışı sahəsində rəhbər vəzifə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Vəzifəyə və
peşəkar təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
Nəticələrə
əsaslanan motivasiya sistemi;
Peşəkar iş mühiti;
Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanları.
Müraciət üçün - WhatsApp: +994 10 310 05 06
Namizədlərdən CV-lərini göndərərkən müraciət etdikləri vəzifəni (Şirkət direktoru
/ İcraçı direktor / Direktor müavini) qeyd etmələri xahiş olunur.
Qeyd: Namizədlərin peşəkar təcrübəsi və idarəetmə bacarıqları nəzərə alınmaqla müvafiq
rəhbər vəzifəyə uyğunluğu qiymətləndiriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
