Vakansiya haqqında
Zarat Şirkətlər Qrupu peşəkar komandasına inkişaf etməyə, yeniliklərə açıq və işində
məsuliyyətli, yüksək ünsiyyət bacarıqı olan təcrübəli Ofis Meneceri axtarır!
Əsas vəzifə və
məsuliyyətlər
Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ yönləndirmək,
cavablandırılmasını izləmək;
Rəsmi məktubları, arayışları və digər
inzibati sənədləri peşəkar üslubda hazırlamaq;
Ofis ləvazimatları və
inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu izləmək;
Rəhbərliyə görülmüş işlər və açıq məsələlər barədə qısa, strukturlaşdırılmış hesabat təqdim
etmək;
Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı
qorumaq.
Namizədə
tələblər
Ali təhsil;
Ofis idarəçiliyi, inzibati
koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma
bacarığı;
MS Excel, Word və Outlook proqramlarından
istifadə;
Problemləri vaxtında görmək, həll variantları təklif etmək və
verilmiş səlahiyyət daxilində müstəqil işləmək;
İşgüzar etika, detallara
diqqət və nəticəyə görə məsuliyyət.
Yaş həddi 30+ olanlara üstünlük
veriləcəkdir.
İş şəraiti
İş qrafiki: 6 günlük (şənbə günü qısa)
Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN
CV-lərinizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
