Vakansiya haqqında
Avensol MMC - tender proseslərini
idarə edə bilən, layihə xərclərinə nəzarət və kommersiya təkliflərinin hazırlanması sahəsində təcrübəli peşəkar
namizəd axtarır.
Əsas vəzifə
öhdəlikləri:
Tender sənədlərinin təhlili və tender təkliflərinin (Tender Proposals)
hazırlanması;
Layihələr üzrə xərc hesablamalarının, büdcələrin və
kommersiya təkliflərinin hazırlanmasında iştirak;
Layihə xərclərinin
monitorinqi, büdcə ilə faktiki xərclərin müqayisəsi və kənarlaşmaların təhlili;
BOQ, qiymət cədvəlləri və digər kommersiya sənədlərinin hazırlanması və
yoxlanılması;
Tender tələblərinin, texniki sənədlərin və qiymət
təkliflərinin əlaqələndirilməsi;
Tender və layihə xərcləri üzrə
hesabatların hazırlanması.
Namizədə dair
tələblər:
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Tenderlərin hazırlanması, layihə xərclərinə nəzarət və kommersiya hesablamaları üzrə praktiki
biliklər;
Analitik düşünmə, detallara diqqət və güclü hesablama
bacarığı;
MS Excel və hesabatlarla işləmək bacarığı;
İngilis dili biliyi üstünlükdür.
İş şəraiti:
İş yeri: Bayıl Plaza, Bakı
İş qrafiki: Həftə içi 5 gün
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən
ediləcək.
Uyğun namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərərkən mövzu (Subject) hissəsində “Tender & Cost Control üzrə mütəxəssis” qeyd etmələri və
e-poçtun mətnində əmək haqqı gözləntilərini bildirmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
