Vakansiya haqqında
Əsas iş
öhdəlikləri
Rossmann mağazaları üçün Trade Marketinq
strategiyasını, illik və aylıq fəaliyyət planlarını və kampaniya təqvimini hazırlamaq.
Mövsümi kampaniyalar, yeni məhsullar, xüsusi günlər və
brend aktivlikləri üzrə mağazadaxili satış konsepsiyalarını idarə etmək.
Merchandising, planogram, display, promo zona, POSM,
rəf və qiymət kommunikasiyası standartlarını hazırlamaq və tətbiqinə nəzarət etmək.
Endirim, bundle, cross-selling, impuls alış, sampling
və demo kimi satış təşviqi mexanikalarını hazırlamaq və optimallaşdırmaq.
Private Label, beynəlxalq və lokal brendlər üzrə ayrıca
Trade Marketinq planları və görünürlük həlləri hazırlamaq.
Təchizatçılar və brend partnyorları ilə birgə layihələri, ortaq büdcələri və
əməkdaşlıq imkanlarını idarə etmək.
Yeni mağaza açılışları, mağaza yenilənmələri və xüsusi layihələr üzrə Trade
Marketinq fəaliyyətlərini planlaşdırmaq və icra etmək.
Müştərinin mağaza daxilində hərəkətini, satış göstəricilərini, kampaniya
uplift-ini, mağaza performansını və ROI nəticələrini təhlil etmək.
Trade Marketinq büdcəsinə, mağaza auditlərinə və
standartların bütün filiallarda eyni səviyyədə tətbiqinə nəzarət etmək; aidiyyəti komandalarla koordinasiyalı
işləmək.
Namizədə əsas
tələblər
Trade marketinq, shopper marketinq,
kateqoriya idarəetməsi, satış və ya kommersiya planlaşdırması sahəsində ən azı 5 il təcrübə; retail və ya FMCG
təcrübəsi vacibdir.
Merchandising, planogram, POSM, promo mexanikaları, mağazadaxili aktivasiya və
shopper davranışı üzrə güclü bilik.
Satış, kampaniya uplift-i, ROI, promo effektivliyi, stok və mağaza performansı
məlumatlarını təhlil etmək bacarığı.
Büdcə planlaşdırılması, xərc nəzarəti, təchizatçı əməkdaşlığı və kommersiya
danışıqları üzrə təcrübə.
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Power BI, ERP və digər
analitik sistemlər üzrə bilik üstünlükdür.
Güclü layihə idarəetməsi, prioritetləşdirmə, təqdimat, danışıqlar və müxtəlif
komandalarla işləmək bacarığı.
Azərbaycan dilində səlis ünsiyyət və ingilis dilində peşəkar materiallarla işləmək
bacarığı; rus dili biliyi üstünlükdür.
Filiallara mütəmadi səfər etməyə hazır olmaq; Private Label portfeli və Trade
Marketinq sisteminin qurulması təcrübəsi üstünlükdür.
Digər
məlumatlar:
Nahar və servis ilə təmin
edilmə
Əmək bazarına uyğun
rəqabətli əmək haqqı
5
günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“Ticari Marketinq bölmə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarınıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
