Vakansiya haqqında
Vəzifəyə tələblər:
Aqronomluq ixtisası üzrə ali təhsil;
Aqronom vəzifəsində iş təcrübəsi;
Bitkiçilik,
xüsusilə dənli bitkilər və şəkər çuğundurunun becərilməsi üzrə biliklər;
Aqrotexniki tədbirlər, gübrələmə, dərmanlama və bitki mühafizəsi sahəsində bilik və
təcrübə;
Torpaq münbitliyi, məhsuldarlığın artırılması və əkin
proseslərinin təşkili üzrə biliklər;
Ünsiyyət və təşkilatçılıq
bacarıqları;
Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək
bacarığı.
Vəzifə öhdəlikləri:
Xidmət göstərilən ərazidə kənd təsərrüfatı bitkiləri üzrə aqrotexniki və texnoloji
qaydaların düzgün tətbiqini təmin etmək;
Kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılması, torpağın münbitliyinin qorunması və yüksəldilməsi məqsədilə zəruri tədbirləri həyata
keçirmək;
Kənd təsərrüfatına yararlı torpaq sahələrindən, işçi
qüvvəsindən və texnikadan səmərəli istifadənin təşkilinə nəzarət etmək;
Dənli bitkilərin sort və toxum əkinlərində, eləcə də çoxillik əkin sahələrində aqrotexniki
qaydalara uyğun becərilmə prosesini izləmək;
Alaq otlarına,
zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
Şəkər çuğunduru istehsalı üzrə torpaq sahələrinin və toxum
sortlarının seçilməsində, əkin, becərmə və yığım müddətlərinin müəyyən edilməsində iştirak
etmək;
Şəkər çuğundurunun əkilməsi, becərilməsi, xəstəlik və
zərərvericilərdən mühafizəsi, məhsulun yığılması və təhvil verilməsi proseslərini təşkil etmək və onlara nəzarət
etmək;
Şəkər çuğunduru sahələrində gübrələmə və bitki mühafizə
preparatlarının tətbiqinin müəyyən edilmiş müddətlərdə və aqrotexniki tələblərə uyğun aparılmasını təmin
etmək.
İş vaxtının norması:
5 günlük iş rejimi.
İstirahət günü: Şənbə
və Bazar günü.
İş Yeri:
İmişli rayonu.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə.
Nahar
şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (İmişli)” qeyd
etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
