Vakansiya haqqında
Inomarka avtosalonu olaraq komandamıza müştəriyönümlü, aktiv və nəticəyönümlü
Satış Meneceriaxtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və
satış prosesinin həyata keçirilməsi
Satış hədəflərinə çatmaq üçün aktiv
fəaliyyət göstərmək
Onlayn və oflayn daxil olan müştəri sorğularının
vaxtında cavablandırılması
Müştəri münasibətlərinin idarə olunması və
satış sonrası məlumatların verilməsi
Müştəri istəyinə əsasən müxtəlif
bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak
Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması
Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin
hazırlanması
Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə
koordinasiyalı işləmək
İtirilmiş müştərilərin geri qazanılması və
uzunmüddətli əməkdaşlığın təmin olunması
Satış göstəricilərinin analizi
və dövri hesabatların hazırlanmasında iştirak
Namizəddən gözləntilər:
Avtomobil satışı sahəsində minimum 1 il iş
təcrübəsi
Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll
etmə bacarığı
Analitik düşüncə və nəticəyə yönəlik iş
prinsipi
İctimai danışıq və təqdimat bacarığı
Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq
Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük
veriləcək
İş şəraiti:
Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən
qrafiklə
İş yeri: Ofis Ağ Şəhərdə
yerləşir
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış
Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və
müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
