Vakansiya haqqında
Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut
brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil
olur.
Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə,
komandamızda sizi görməkdən məmnun olarıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə aid tələblər:
Azərbaycan dili - mükəmməl;
Qida
istehsalı sahəsində iş təcrübəsinin olması arzuolunandır;
Məsuliyyətli,
diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığına malik
olmaq;
Yeni bilik və bacarıqları öyrənmək bacarığı;
Karyera qurmaq və inkişaf etmək istəyi.
Əsas vəzifə öhdəlikləri:
Donutların hazırlanması üçün xəmir, qlazur, krem və müxtəlif içliklərin
hazırlanmasında iştirak edilməsi;
Reseptlərə və müəyyən edilmiş istehsal
standartlarına uyğun olaraq xammalın ölçülməsi və çəkilməsi;
İstehsal
prosesinin müəyyən edilmiş qrafikə uyğun həyata keçirilməsi;
Mayalanma
kamerası, fritöz və digər istehsalat avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət
edilməsi;
Hazır məhsulların görünüşünün, keyfiyyətinin və müəyyən edilmiş
standartlara uyğunluğunun yoxlanılması;
Zərurət olduqda məhsulların
qablaşdırılmasında iştirak edilməsi;
Xammaldan səmərəli istifadə edilməsi
və istehsalat tullantılarının minimuma endirilməsi;
İstehsal
göstəricilərinin qeydə alınması və xammal ehtiyatlarının vaxtında tamamlanmasına dəstək
göstərilməsi;
Avadanlıqlarda yaranan nasazlıqların müəyyən edilməsi, bu
barədə rəhbərliyə məlumat verilməsi və texniki xidmət prosesinə dəstək göstərilməsi;
İş yerində təmizliyin qorunması, sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına
riayət edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: 5 günlük, növbəli iş qrafiki;
Saatlıq əmək haqqı;
Müasir idarəetmə sistemi və
mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Briqada
üzvü-bişirici” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
