Vakansiya haqqında
Fəaliyyət sahəsi: Daşınmaz əmlak
Əmək haqqı: Maaş + bonus
Vakansiya haqqında məlumat
Daşınmaz əmlak şirkətimizə sosial media və çəkilişlər üzrə xanım əməkdaş
axtarılır.
Vəzifə satış işi deyil. Əsas iş şirkətimizin təqdim etdiyi
mənzil və layihələrin reklam çəkilişlərində kamera qarşısında iştirak etmək, sosial media hesablarının və əmlak
elanlarının idarə olunmasına kömək etməkdən ibarətdir.
Əsas vəzifələr:
Mənzil, bina və layihələrin reklam çəkilişlərində kamera qarşısında təqdimat
etmək;
Reklam çəkilişləri və sosial media paylaşımları üçün kreativ,
maraqlı ideyalar irəli sürmək;
Hazırlanmış video və digər kontentləri
Instagram və digər sosial şəbəkələrdə paylaşmaq;
Paylaşımlara gələn şərh
və sorğulara ilkin cavab vermək, müraciətləri aidiyyəti şəxsə yönləndirmək;
Əmlak saytlarında elanlar yerləşdirmək və mövcud elanları yeniləmək;
Daxil olan müraciət və məlumatları sistemli şəkildə qeyd etmək;
Rəhbərliyin işlə bağlı digər gündəlik tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
Xanım namizəd;
Yaş həddi: 20–40
yaş;
Kamera qarşısında sərbəst və rahat olmaq;
Səlis və aydın nitq;
Azərbaycan dilində sərbəst
danışıq bacarığı;
Rus dilində sərbəst və səlis danışıq bacarığı
mütləq tələbdir.
İngilis dilində mətnləri oxumaq və sözləri
düzgün tələffüz etmək bacarığı (sərbəst danışıq tələb olunmur);
Kreativ
düşüncə qabiliyyəti, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı;
Instagram, TikTok və digər sosial media platformalarındakı gündəlik trendləri izləmək və
onları reklam kontentinə uyğunlaşdırmaq bacarığı;
Sosial şəbəkələrdən
sərbəst istifadə bacarığı;
Məsuliyyətli, operativ və detallara diqqətli
olmaq.
İş qrafiki:
Həftədə 6 gün;
İş saatları:
10:00–19:00;
İşin gedişatından asılı olaraq bəzi günlər iş daha erkən
yekunlaşa bilər.
Qeyd: Bu vakansiya əmlak agenti və ya satış meneceri vəzifəsi deyil.
Əməkdaş müştərilərlə birbaşa satış danışıqları aparmayacaq. İngilis dili yalnız reklam mətnlərinin kamera qarşısında
düzgün səsləndirilməsi üçün tələb olunur.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
