Vakansiya haqqında
WOOM Agency komandası üçün peşəkar Qrafik Dizayner
axtarır.
Əgər Siz kreativ düşüncəyə malik, vizual kommunikasiya bacarıqları güclü və müxtəlif
sahələrdən olan brendlərlə işləmək istəyən bir mütəxəssissinizsə, müraciətinizi gözləyirik.
Vəzifə öhdəlikləri
Sosial media platformaları üçün post, story və reklam vizuallarının
hazırlanması;
Çap məhsullarının (flyer, buklet, roll-up, vizitkart və s.)
dizayn edilməsi;
Brend identikasına uyğun vizual materialların
hazırlanması;
Kreativ konseptlərin hazırlanmasında və inkişaf
etdirilməsində iştirak;
Marketinq və kontent komandası ilə koordinasiyalı
işləmək;
Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn
prosesinin optimallaşdırılması.
Tələblər
Adobe Photoshop və Adobe Illustrator proqramlarını yaxşı səviyyədə
bilmək;
Kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə
biliklər;
Kreativ yanaşma və detallara diqqət;
Tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək bacarığı;
Portfolio təqdim olunması mütləqdir.
Üstünlük hesab olunur
Adobe After Effects və ya digər motion dizayn proqramları üzrə
biliklər;
Brendinq layihələrində iştirak təcrübəsi;
AI alətləri (ChatGPT, Midjourney, Adobe Firefly və s.) ilə işləmək bacarığı.
Sizə nə təklif edirik?
Fərqli sahələrdə fəaliyyət göstərən brendlərlə işləmək imkanı;
Peşəkar və inkişafyönümlü komanda mühiti;
Karyera
və peşəkar inkişaf imkanları;
Kreativ ideyaların dəyərləndirildiyi iş
mühiti;
Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən
edilir).
İş yeri: Bakı şəhəri, N.Nərimanov
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlərdən CV və portfoliolarınıMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində "Qrafik Dizayner" qeyd
edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
