Vakansiya haqqında
Namizədə dair tələblər
iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2
illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin
olması;
Bank, BOKT və ya Lombard sahəsində minimum 3 illik
təcrübə;
İdarəetmə və liderlik qabiliyyəti;
Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək
Qızıldan anlayışı olmaq
Lombard krediti üzrə
təcrübəsi olmaq
təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və
s. təcrübədə iştirak etmək
Yaş: 30-45
Dil bilikləri: Azərbaycan dili (əla),
Diqqətli və Operativ olması
Kommunikasiya
bacarığının yüksək səviyyədə olmağı
İş barədə
məlumat
Filialın ümumi fəaliyyətini təşkil və idarə etmək, strateji və operativ hədəflərin
icrasını təmin etmək;
Kreditləşmə prosesinə nəzarət etmək, verilən
kreditlərin keyfiyyətini və risk səviyyəsini daim izləmək;
Kredit portfelinin strukturunu, gecikmələri və problemli kreditləri mütəmadi təhlil etmək və
müvafiq tədbirlər görmək;
Filial üzrə aktivlərin, o cümlədən kredit
portfelinin təhlükəsizliyini və qorunmasını təmin etmək;
Kassa
əməliyyatlarının düzgün aparılmasına, nağd vəsaitlərin uçotu və saxlanmasına nəzarət
etmək;
Mühasibat uçotu və hesabatlılığın düzgünlüyünü təmin etmək,
Baş ofisə vaxtında və dəqiq hesabatların təqdim edilməsinə nəzarət etmək;
Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələblərinə, daxili qayda və prosedurlara
riayət olunmasını təmin etmək;
ƏL/TMM (AML/CFT) tələblərinin
icrasına nəzarət etmək, şübhəli əməliyyatların aşkar olunması və bildirilməsi prosesini təşkil
etmək;
Daxili nəzarət sisteminin effektivliyini təmin etmək,
əməliyyat risklərini minimuma endirmək;
İşçi heyətinin idarə
olunmasını, iş bölgüsünü və əmək intizamına riayət edilməsini təmin etmək;
Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq üçün
tədbirlər görmək;
Daxili və xarici audit yoxlamaları zamanı tələb
olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə
tədbirlər görmək;
Filial üzrə maliyyə nəticələrinin (gəlir, xərc,
mənfəət) təhlilini aparmaq və optimallaşdırma tədbirləri həyata keçirmək.
Əmək haqqı
Razılaşma yolu ilə.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Filial müdiri - İsmayıllı
filialı” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarınıMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
