Vakansiya haqqında
SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma
şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş
çalışır.
Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq,
dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və
səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər.
SGS Azerbaijan MMC Daşkəsən rayonunun Çovdar kəndində yerləşən laboratoriyasında
fəaliyyət göstərəcək SƏTTƏM və Keyfiyyət üzrə mühəndis vəzifəsinə əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
Laboratoriyada sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı riskləri
müəyyən etmək məqsədilə yoxlamaların aparılması.
Yoxlama siyasət və
prosedurlarının hazırlanması və tətbiqi, həmçinin müntəzəm yoxlamaların qrafikinin tərtib
edilməsi.
Laboratoriyanin bütün fəaliyyət sahələri üzrə sağlamlıq və
əməyin təhlükəsizliyi prosedurlarının hazırlanması.
Fövqəladə hallar
zamanı davranış qaydaları, iş yerində təhlükəsizlik və digər müvafiq mövzuları əhatə edən təlimlərin hazırlanması və
keçirilmə qrafikinin tərtib edilməsi.
Əməyin təhlükəsizliyi
prosedurlarına riayət olunmasına nəzarət edilməsi.
Yoxlamaların
nəticələrini sənədləşdirmək məqsədilə yoxlama hesabatlarının hazırlanması.
Müvafiq tələblərə uyğun olaraq, təhlükəli tullantıların və/və ya çirkləndirici maddələrin
ətraf mühitə axıdılması, habelə işçilərin bu maddələrin təsirinə məruz qalması ilə bağlı qeydlərin
aparılması.
Rəhbərlik tərəfindən tapşırılan digər əlaqəli vəzifələrin
yerinə yetirilməsi.
Tələblər
Mühəndislik sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi) və ya ona ekvivalent
təhsil.
Müvafiq sahədə 5–7 il iş təcrübəsinə üstünlük
verilir.
Əməyin mühafizəsi və təhlükəsizliyi (OHS) texnikaları və
metodları üzrə biliklər daxil olmaqla, müvafiq praktiki iş təcrübəsi.
Peşəkar sertifikatlar: NEBOSH / IOSH.(arzuolunandır)
İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı.
Yaxşı kommunikasiya bacarıqları.
Əmək şəraiti
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək
İş yeri: Daşkəsən rayonu
İş şəraiti: Həftədə 5 iş
günü, 40 saat
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlər işə qəbul
prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
