Vakansiya haqqında
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud satış potensialının
genişləndirilməsi məqsədilə təcrübəli Satış Müdiri axtarır.
Əsas vəzifə və öhdəliklər
Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin
edilməsi;
Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının cəlb
edilməsi;
İstehsalat, sənaye, tikinti və digər biznes sektorlarında
müştəri əlaqələrinin inkişaf etdirilməsi;
B2B satış kanallarının
genişləndirilməsi;
Potensial müştərilərlə danışıqların aparılması və
kommersiya təkliflərinin hazırlanması;
Satış planlarının və gəlir
hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət;
Müştəri portfelinin
formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
Satış
komandasının idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi;
Bazarın,
rəqiblərin və müştəri tələbatının təhlili.
Namizədə tələblər
Satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il
təcrübə;
İstehsalat, sənaye, tikinti və ya korporativ satış sahəsində
təcrübə;
Tikinti müəssisələri, iri şirkətlər və korporativ
müştərilər arasında formalaşmış işgüzar əlaqələrə malik olmaq;
Yeni
müştərilərin cəlb edilməsi və satış kanallarının yaradılması bacarığı;
Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması
bacarığı;
Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət
daşımaq qabiliyyəti;
Analitik düşüncə və
nəticəyönümlülük.
Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus
sistemi;
İdarəetmə və qərarvermə səlahiyyəti;
Peşəkar inkişaf və karyera imkanları;
İnkişaf
potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış
Müdiri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
