Vakansiya haqqında
Grand Agro Invitro MMC SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin
Mühafizəsi) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə
qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət etmək;
İstehsalat,
laboratoriya, istixana və digər iş sahələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət
etmək;
İş yerlərində riskləri qiymətləndirmək, təhlükələri müəyyən etmək
və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
İşçilər üçün
ilkin, təkrar və növbədənkənar təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq sənədləşməni
aparmaq;
Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət
etmək;
İstehsalatda baş verən bədbəxt hadisələrin və təhlükəli halların
araşdırılmasında iştirak etmək, qabaqlayıcı tədbirlər hazırlamaq;
Yanğın
təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
Kimyəvi maddələrin saxlanılması, istifadəsi və utilizasiyası zamanı təhlükəsizlik tələblərinə
riayət olunmasına nəzarət etmək;
SƏTƏM üzrə mütəmadi yoxlamalar aparmaq,
uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
SƏTƏM sənədlərini,
təlimatlandırma jurnallarını və yoxlama aktlarını hazırlamaq və aktual saxlamaq.
Namizədə tələblər
Ali təhsil (müvafiq sahə üzrə təhsilə üstünlük verilir);
SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə normativ
tələblərini bilmək;
İstehsalat, istixana və laboratoriya mühitində iş
təcrübəsi üstünlükdür;
Risklərin qiymətləndirilməsi və təhlükəsizlik
yoxlamalarının aparılması üzrə praktiki biliklər;
MS Office
proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik,
təşəbbüskarlıq və effektiv ünsiyyət bacarığı;
SƏTƏM üzrə müvafiq
sertifikatların olması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
5 günlük iş həftəsi;
Peşəkar inkişaf
imkanları;
“20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis
xidməti;
Şirkət hesabına gündəlik nahar;
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri və müraciət qaydası
İş yeri:Bakı şəhəri, Türkan qəsəbəsi
İş qrafiki:5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
