Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihə üzrə fasad işlərinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarətin
həyata keçirilməsi ;
Fasad sistemləri üzrə shop drawing, IFC və digər
texniki sənədlərin yoxlanılması və təsdiqi prosesində iştirak ;
Podratçı
və subpodratçıların işlərinin koordinasiyası və nəzarətdə saxlanılması ;
İş qrafikinin hazırlanması və sahədə işlərin qrafikə uyğun icrasının təmin edilməsi
;
Materialların seçimi, sifarişi və sahəyə vaxtında çatdırılmasına
nəzarət ;
Fasad işlərinin keyfiyyət standartlarına və texniki
normativlərə uyğunluğunun təmin edilməsi ;
Sahədə texniki problemlərin
operativ şəkildə həll edilməsi və alternativ həllərin təklif olunması ;
İşlərin gedişi ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
;
Layihə üzrə digər bölmələrlə (memarlıq, konstruksiya, MEP və s.)
koordinasiyanın təmin edilməsi ;
İş təhlükəsizliyi qaydalarına riayət
olunmasına nəzarət ;
Təhvil-təslim (handover) mərhələsində iştirak və
sənədləşmənin tamamlanmasının təmin edilməsi ;
Vəzifəyə olan tələblər:
Ali təhsil (İnşaat üzrə);
Fasad
sistemləri üzrə minimum 3-5 il iş təcrübəsi (şüşə fasadlar, alüminium sistemlər, ventilyasiya olunan fasadlar və
s.)
Layihə sənədlərini (shop drawing, IFC, as-built) oxuma və analiz etmə
bacarığı
Fasad işlərinin icrasına nəzarət, keyfiyyət və texniki
standartların tətbiqi üzrə təcrübə
Podratçı və subpodratçılarla işin
koordinasiyası bacarığı
Material və texniki həllərin seçimi üzrə
biliklər
İş qrafikinin hazırlanması və icrasına nəzarət (MS Project və ya
oxşar proqramlar üstünlükdür)
AutoCAD və digər mühəndis proqramlarında
işləmək bacarığı
Texniki sənədlərin hazırlanması və hesabatların təqdim
edilməsi bacarığı
Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi
üstünlükdür
Yüksək məsuliyyətlilik, operativlik və problem həll etmə
bacarığı
Əmək şəraiti:
İş qrafiki: 5/2, 09:00-18:00
Nahar şirkət
tərəfindən təmin edilir.
Əmək bazarına uyğun rəqabətli əmək
haqqı
İş yeri - Yasamal ray.241 Abbas Mirzə Şərifzadə
Maraqlanan namizədlər CV formalarını
mövzu yerinə “Fasad mühəndisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
