Vakansiya haqqında
Təsvir
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması
və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
Vergilər ilə bağlı
gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və
Vergilər Nazirliyinə cavablandırılması);
Bütün vergi növlərinin (Mənfəət
vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə
düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi
məlumatlandırmaq.
Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan
məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
Vergi risklərini müəyyən
etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət
etmək.
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və
mühasibat hesabatlarının dəqiq formalaşdırılması
Əsas vəsaitlərin
və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması
və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
Əsas
vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq
sistemində əks etdirmək.
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam
və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.
Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi
uzlaşdırmaq.
1C və ERP sistemlərində vergi uçotunun qurulması və
düzgün aparılmasına nəzarət etmək.
Vergi uçotu üzrə daxili hesabatlar
hazırlamaq və rəhbərliyə təqdim etmək.
Öz tabeliyində olan əməkdaşların
fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını
təmin etmək.
Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun
digər tapşırıqları icra etmək.
Tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
ACCA FA
olması üstünlükdür
Excel bilikləri
1C 8.3 proqramı üzrə biliklər
İstehsalat təcrübəsi
olan namizədlərə üstünlük veriləcək;
Vergi Məcəlləsi üzrə müvafiq
biliklər;
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
