Vakansiya haqqında
Vəzifənin məqsədi
Metal konstruksiyaların və müvafiq avadanlıqların texniki çertyojlara, layihə sənədlərinə
və müəyyən edilmiş tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə quraşdırılmasını təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Metal konstruksiyaların, detalların və müvafiq avadanlıqların quraşdırılması
işlərini verilmiş tapşırıqlara uyğun yerinə yetirmək;
Quraşdırma işlərini
texniki çertyojlara, layihə sənədlərinə və texniki tələblərə uyğun həyata keçirmək;
Quraşdırılacaq elementlərin ölçülərini, yerləşməsini və uyğunluğunu
yoxlamaq;
Quraşdırma işlərində istifadə olunan əl alətlərindən, elektrik
alətlərindən və digər avadanlıqlardan təyinatına uyğun istifadə etmək;
Metal konstruksiyaların layihə və texniki tələblərə uyğun birləşdirilməsini və bərkidilməsini
həyata keçirmək;
Quraşdırma işlərinin nəticəsini yoxlamaq, aşkar edilmiş
uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan qaldırılmasında iştirak
etmək;
İş yerində alətlərin, avadanlıqların və materialların düzgün
istifadəsini və səliqəli saxlanılmasını təmin etmək;
Əməyin mühafizəsi,
yanğın təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət etmək;
İşlərin vaxtında
və keyfiyyətlə yerinə yetirilməsi üçün komanda üzvləri və digər aidiyyəti əməkdaşlarla əməkdaşlıq
etmək.
Namizədə tələblər
Orta və ya texniki peşə təhsili arzuolunandır;
Metal konstruksiyaların quraşdırılması sahəsində iş təcrübəsi
üstünlükdür;
Texniki çertyojları və quraşdırma sxemlərini oxumaq
bacarığı;
Əl və elektrik alətlərindən istifadə üzrə praktiki
bacarıqlar;
Ölçmə, nişanlama, birləşdirmə və bərkitmə işləri üzrə
biliklər;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair məlumatlı
olmaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6
günlük iş həftəsi;
Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəya
CV-niziRecruitment@poladis.azünvanına “Quraşdırıcı”
başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
