Vakansiya haqqında
İş yeri: Qarabağ bölgəsi, Azərbaycan
İş rejimi: Tam iş günü
Vakansiya haqqında
Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsində
çalışmaq üçün peşəkar və təcrübəli Sahə Mühəndisi axtarır.
Namizəd tikinti-quraşdırma işlərinin sahədə təşkilinə, layihə sənədlərinə və texniki tələblərə
uyğun icrasına, işçi qüvvəsinin koordinasiyasına və tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun aparılmasına
cavabdeh olacaqdır.
Bu vəzifə inşaat mühəndisliyi üzrə ali təhsilə,
tikinti sahəsində geniş praktiki təcrübəyə və tikinti proseslərinin sahədə idarə olunması bacarığına malik
mütəxəssislər üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri
Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin
etmək;
Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi
çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək;
Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin
etmək;
İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini
koordinasiya etmək;
Görülən işlərin həcmini, keyfiyyətini və texniki
uyğunluğunu yoxlamaq;
Tikinti materiallarının, avadanlıqların və texniki
vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək;
Tikinti
materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək;
Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı
işləmək;
Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və
həlli istiqamətində müvafiq tədbirlər görmək;
Görülmüş işlərin həcmi və
tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq;
Tikinti
işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin
etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi
qaydalarına riayət olunmasına nəzarət etmək;
Tikinti işlərinin müəyyən
edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək.
Namizədə dair tələblər
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom
mütləqdir;
Tikinti sahəsində minimum 5 il iş
təcrübəsi;
Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə
praktiki iş təcrübəsi;
Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti
layihələrinin icrasında praktiki təcrübə;
Tikinti-quraşdırma işlərinin
təşkili və icrası üzrə bilik və bacarıqlar;
Layihə sənədlərini, işçi
çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı;
Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə
biliklər;
Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək
bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmək
bacarığı;
Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq
bacarıqları;
Komandada işləmək və effektiv kommunikasiya
bacarığı;
Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır
olmaq.
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş
olunur. Mövzu: “Sahə Mühəndisi – Qarabağ”
Qeyd: Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial
saxlanılır. Müvafiq məlumat seçim mərhələsində namizədlə müzakirə ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
