Vakansiya haqqında
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön
planda tutan "Pizza Mizza" MMC öz komandasına Kassa üzrə Briqada üzvü axtarır! Əgər diqqətli, riyazi düşüncəli,
insanlarla ünsiyyəti sevən və gənc, dinamik komandada karyera qurmaq istəyən birisinizsə, bizə qoşulun.
Vəzifə öhdəlikləri
Kassa əməliyyatları və ödənişlər:
Qonaqları səmimi qarşılamaq, menyu haqqında dolğun məlumat vermək və sifarişləri
Kassa / POS sisteminə dəqiq, dərhal daxil etmək
Nağd, nağdsız (bank
kartları) və online sifariş ödənişlərini dəqiq və təlimatlara uygun şəkildə qəbul etmək
Qəbzlərin (çeklərin) qonaqlara vaxtında təqdim olunmasını təmin etmək
Növbə başında və sonunda kassa balansını (inkassasiya) yoxlamaq, kassa hesabatlarını düzgün
tərtib etmək və Növbə Menecerinə təhvil vermək
Satış və müştəri məmnuniyyəti:
Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal şəkildə təqdim
etmək
Əlavə satış texnikalarından (Upselling / Cross-selling) istifadə
edərək orta çeki artırmaq
Qonaqların suallarını operativ cavablandırmaq,
şikayət və ya yaranan anlaşılmazlıqları təmkinlə dinləyərək həlli üçün dərhal Növbə Menecerinə məlumat
vermək
Məsuliyyət, intizam və təhlükəsizlik:
Kassa zonasının, avadanlıqların və masaüstü materialların hər zaman səliqəli və
təmiz saxlanmasını təmin etmək
Maliyyə intizamına, daxili prosedurlara və
nağd pul vasitələri ilə iş qaydalarına tam əməl etmək
Şəxsi gigiyena,
uniforma və xidmət standartlarına şərtsiz riayət etmək
Tələblər
Təhsil: Orta və ya ali
Yaş həddi: 18 –
35
Riyazi hesablama qabiliyyəti, diqqətlilik və
məsuliyyətlilik
Gülərüzlük, ünsiyyətcillik və operativ işləmək
bacarığı
Komandada işləmək həvəsi və çevik öyrənmə
qabiliyyəti
Kassa / POS sistemləri ilə iş təcrübəsi arzuolunandır
(təlimlər keçirilir)
Karyera yüksəlişinə maraq və inkişaf
istəyi
İş şəraiti və üstünlüklər
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
İş qrafiki: 6 günlük (növbəli)
Əməkhaqqı: 500 AZN
(net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma: Şirkət tərəfindən
nahar təmin edilir
Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və
dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq
vəzifəni göstərərək vakansiya müraciət edə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
